“ARILARIN TÜKƏNMƏ TƏHLÜKƏSİ VAR”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Mayın 20-də ilk dəfə Ümumdünya Arılar Günü qeyd olunacaq

Yenilik.az “Report”-a istinadən xəbər verir ki, məqsəd arıların tükənmə təhlükəsi probleminə diqqət çəkmək, əhalini arıların mühüm rolu barədə məlumatlandırmaq və onları necə qoruyub saxlamağın yollarını izah etməkdir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ətraf Mühit Proqramının (UNEP) ekspertləri dəfələrlə arıların yoxolma təhlükəsi barədə məlumat veriblər. Onlar meyvə verən çiçəkləri tozlandıran bu həşəratların azalmasının qlobal ərzaq vəziyyətini təhlükə altına sala biləcəyi xəbərdarlığını ediblər.
Qeyd edək ki, Avropada arıların azalması ötən əsrin 60-cı illərdən hiss olunmağa başlayıb. 1998-ci ildən isə proses əhəmiyyətli dərəcədə sürətlənib. Bu fenomen xüsusilə Belçika, Fransa, Almaniya, İtaliya, Hollandiya və Böyük Britaniyada müşahidə olunur.
Ekspertlər qeyd edirlər ki, arıların yaşamasının təhlükə altına düşməsi bir çox amillə, o cümlədən qlobal istiləşmə, pestisidlərdən həddindən artıq istifadə, xəstəliklər və zərərvericilərlə əlaqəlidir.

Related Articles

+994 50 295 94 79
top