“ASLAN” XİDMƏT – YENİLİK.AZ

“ASLAN” XİDMƏT

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 32
    Shares

Yarımçıq vəkil, natamam ziyalı, mahir “yumurtaşünas” Aslan İsmayılov “Asan xidmət” barəsində status yazıb. Əlinə düşən hər fürsətdə hakimiyyəti qərəzli ifadələrlə tənqid edən, hakimiyyət nümayəndələrinə qarşı böhtan və iftira motivli iddialar irəli sürən, (Məsələn, son statusunda 125 millət vəkilini “quşlamaqda” ittiham edir) istənilən sahə üzrə narazılıq edən vətəndaşların bir araya gəlməsini eşidər-eşitməz əlində benzin şüşəsi ilə özünü oraya yetirən Aslan İsmayılov “Asan xidmət”in təqdirələlayiq tendensiya olduğunu qeyd edib, dolayı yollarla hakimiyyətə növbəti dəfə “qapını açıq qoymuşam” məsajını verməyə çalışıb. (Əslində o qapı heç bir zaman bağlanmayıb)

Ədalət naminə qeyd etməliyik ki, “Asan xidmət”dən çox-çox əvvəl Aslan İsmayılovun şəxsi xidməti, belə demək mümkündürsə “Aslan xidmət” fəaliyyət göstərir. Xidmətdən istifadə çox sadədir. Ödənişi edirsən və yaxud jetonu salırsan, Aslan İsmayılov böhtan və təhqirin lüləsini müəyyən edilmiş obyektə doğru çevirir. Onun böhtan strategiyası sadədir. Götürdüyü öhdəliyə uyğun olaraq, istənilən hadisəni obyektin əleyhinə piar məqsədilə istifadə etməyə çalışır. Məsələn, şiddətli yağış yağarsa, güclü gilavar küləyi əsərsə, ozon qatındakı dəliklərin həcmi böyüyərsə Aslan İsmayılov sırtqcasına bu hadisələri əlaqələndirib obyektə hücüm edə bilər. Çünki əlində əsaslı dəlil, fakt, sübut yoxdur. Amma dolanmaq lazımdır. Dolanmaq üçün isə  Aslan İsmayılov öz brendini –“Aslan xidməti” işlətməlidir. Elə buna görə də bu kimi məsələlərdə Aslan İsmayılov seçilir. Bir çox “tender”in qalibi olur. Yəni, bütün bunlar sirr və təəccüblü deyil, hər kəsə agah olan məsələdir. Təəccüblü olan odur ki, günün gunorta çağı, heç bir səbəb və zərurət olmadan, daim hakimiyyətini tənqid edən bir şəxs-Aslan ismayılov birdən-birə niyə “Asan xidmət”I tərifləyir? Hakimiyyəti pisləyib, “Asan xidməti” tərifləmək absurddur axı. Məgər, “Asan xidmət” hakimiyyətdən ayrıdır? Əlbəttə ki, yox. O zaman nə baş verir ki, Aslan İsmayılov kimi bataqlıq düşüncəli insan anidən pozitiv çalarlara köklənir. Burada iki səbəb ola bilər. Birincisi ya Aslan İsmayılov həmişə olduğu kimi sifariş yerinə yetirir. İkincisi isə ola bilər ki, Aslan İsmayılov artıq ipə-sapa yatmır və cəmiyyətə məsaj verərək, özünün toxunulmaz olduğunu elan etmək istəyir. Daha doğrusu toxunulmazlığını təmin etmək istəyir…

Ola bilsin ki, bunların heç biri deyil. İsmayılov sadəcə olaraq müxalifət cəbhəsində dolanışıq olmadığını görüb açıq-aşkar hakimiyyətə yaxınlaşmaq istəyir. Əgər məqsəd budursa, alınmayacaq. Aslanı yaxın buraxmayacaqlar, çünki bu gigeynik olaraq da düzgün deyil.

Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanda hakimiyyətə və ayrı-ayrı vəzifəli şəxslərə qarşı böhtan, şər və iftira kampaniyalarının aparılmasının əsasını Aslan İsmayılov qoyub, indi də davam edir. Əgər biz cəmiyyəti insan orqanizminə bənzətsək, Aslan İsmayılov bu orqanizmin çibanıdır. Əlbəttə ki, axırda bu çiban deşilməli və natəmiz maye oradan xaric olmalıdır. Yəqin bu çibanı bəsləyənlər. elə özləri bir gün onu deşəcəklər. Fəqət, İsmayılov elə bir maşadır ki, bir gün onu tutan əli də yandıracaq…

A.İsmayılovun primitiv startegiyalarından biri də ildə bir neçə dəfə ətəyini başına çırmayıb “ay aman, qoymayın məni tutacaqlar” deyə  şivən salmasıdır. O, hesab edir ki, bu cür truyuklarla özü haqqında cəmiyyətdə mübariz lider obrazı yarada biləcək. Hansı ki, Aslan İsmayılov heç bir zaman həbs olunmayacaq qədər mənasiz, əhəmiyyətsiz və qeyri-ciddi adamdır. Məsələn, Maral Tahirqızından daha qeyri-ciddidir. Ən azından Maral xanım “srok” çəkdi. “Srok” çəkmək özü də ciddi hadisədir. Aslan isə çəksə çəksə siqaret çəkər.

Aslan müəllim bilməlidir ki, yarımçıq hamilə olmaq olmaz. Ya hamiləsən ya deyilsən. Onun  200 minlik “facebook” səhifəsində hakimiyətə qarşı qara piar aparıb, arada bir də “ağa”larının xətri xoşu olsun deyə müəyyən manevrlər etməsi Azərbaycan cəmiyyətinin bu yarımçıq insana qarşı duyduğu ikrah hissini daha da dərinləşdirir.Çox çəkməz ki. Aslan İsmayılov xalqın, cəmiyyətin müxtəlif təbəqələrinin, hətta müxalifətin ona bəslədiyi ikrah duyğusunun dərinliyində boğular. Çünki Azərbaycan xalqı xainliyi, ikiüzlülüyü və riyakarlığı bağışlamır.

Az qalıb…

B. İmranoğlu

Related Articles