MÜƏLLİMİ POLİSƏ VERƏN DİREKTOR TƏHSİL NAZİRLİYİNƏ ÇAĞIRILDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Gənc müəllim Həbib Əlizadəni polisə şikayət edən Gəgiran kənd orta məktəbinin direktoru Ziyafəddin Cavadov Təhsil Nazirliyinə çağırılıb.

Bu barədə məlumatı müəllim sosial şəbəkədə paylaşıb. O bildirib ki, direktorun şikayət əsasında bu gün Lənkəran şəhər Polis Şöbəsində olub:

“Şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə olacaq”.

Qeyd edək ki, direktor müəllimi uşaqları icazəsiz Bakıya ekskursiyaya aparacağı üçün polisə şikayət etmişdi. Müəllim isə cavabında hər şeyin icazəli olduğunu, bu addımın ona qarşı qərəzli şəkildə atıldığını bildirib.

MİA.AZ

Related Articles

+994 50 295 94 79
top