‘UŞAQ ÖLÜR, HƏKİMLƏR YAXIN DURMUR”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
8 aylıq Məlikin yaxınları iddia edir ki, həkimlər uşağa məsuliyyətsiz yanaşır
“Uşaq həyatla çarpışır. Həkimlər olduqca qəddar davranırlar. Baxmırlar, eləcə deyirlər ki, onsuz da öləcək. Diri uşağı öz aləmlərində öldürüb basdırıblar indidən…” Rüsxarə Süleymanova Meydan TV-yə danışır ki, mayın 25-də qardaşının nəvəsi olan 8 aylıq Məliki Bərdə Mərkəzi Xəstəxanasının uşaq şöbəsinə götürüblər. Məlikin ailə üzvləri onun hərarətinin yüksək olmasından narahat olaraq xəstəxanaya müraciət ediblər. Ancaq iddiaya görə, gün ərzində körpəyə tibbi yardım göstərilməyib.
Şükür, uşaq səhərə sağ çıxdı, amma…
“Uşaq diş çıxarır, düşündük ki, hərarəti də buna görə qalxıb. İstədik ki, uşaq həkim nəzarəttində olsun, tibbi müdaxilə olunsun, hərarəti aşağı düşsün. Həkimlər dedi, uşaqda mədə-bağırsaq infeysiyası var, zəhərlənib, gec gətirmisiz, öləcək və sair… Axşama qədər heç bir yardım göstərmədilər, uşaq ortada çığıra-çığıra qaldı, o, bunun üstünə atdı, bu, onun üstünə… Axşam da dedilər, vəziyyəti çox ağırdı, artıq heç nə eləmək olmaz, uşaq ölür. Uşaq ölmədi, şükür, bu gün səhərə sağ çıxdı, bizim Səhiyyə Naziriyinin “Qaynar xətt”inə davamlı zənglərimizdən sonra uşağa qlükoza köçürüldü. Mən “Qaynar xətt”dən tələb etdim ki, uşağı Bakıya götürsünlər. Ancaq xəstəxana həkimləri deyirlər, uşaq öləcək, Bakıya qədər gedib çatmayacaq. Xəstəxanaya xəstə gəlir ki, sağalsın, ancaq həkim ona tibbi yardım göstərmək əvəzinə rahatca “onsuz da öləcək” – deyir. Elə bil ölən insan deyil, qarışqadır”- R.Süleymanova deyir.

“Qaynar xətt” kimə xidmət göstərir?
Rüsxarə Süleymanova deyir, Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə zənglər də fayda vermir. Çünki “Qaynar xətt”in əməkdaşları vətəndaşın dediyinə yox, xəstəxana işçilərinin dediyinə üstünlük verir: “Deyirəm, səhərə kimi uşaq hərarətdən yanıb, xəstəxanada bir həkim yoxdur. “Qaynar xətt”də oturan xanım deyir: “Xəstəxana ilə danışdıq, hətta baş həkim də səhərəcən orda olub”. Bu boyda ağ yalan olar? Axı orda heç kəs olmayıb, səhərəcən uşaq ölümlə çarpışıb. “Qaynar xətt”də oturan xanım “bilmirəm, mənə xəstəxanadan belə dedilər” söylədi və telefonu qapatdı. Bu da vətəndaşa xismət göstərən “Qaynar xətt”…
Sonra da deyirlər həkim bıçaqlandı…
Rüsxarə xanım deyir, həkimlər xəstələrlə və yaxınlarıyla kobud davranır: “Bərdə xəstəxanası özü “ölüb”… O xəstəxanada tibbi xidmət, insani davranış sıfırdır. Buyaxınlarda dedilər, xəstəxananın doğum şöbəsində bir xəstənin yaxını həkimi bıçaqlayıb. Hamısı ondan qaynaqlanır ki, həkimlər xəstələrin həyatına etinasız yanaşır, xəstələr həkimlərin əlində ölür. Əzizi ölmüş adam neyləyəcək, təbii ki, vurub o həkimi öldürəcək. Burdan səhiyyə nazirinə səslənirəm, əgər o körpə ölsə, mən o həkimlərin üz-gözünü cırıq-cırıq edəcəm. Bəsdirin, insanların həyatı ilə oynamayın”.
Xəstəxana: “Nə lazımdırsa, edirik”
Bərdə rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, 2017-ci il təvəllüdlü Süleymanov Məlik Kərim oğlu mayın 25-də saat 18.00-da zəhərlənmə diaqnozu ilə xəstəxanaya qəbul edilib. Körpəyə lazımi tibbi müdaxilələr olunub və hazırda da davam edir. Xəstəxanadan körpənin yaxınlarının dediklərini təkzib ediblər: “Səhərədək sistemlər qoşulub, Elxan həkimlə Kamil həkimin nəzarətində olub. Bütün lazımi tədbirlər görülür”.
KRİMİNAL.AZ

Related Articles

+994 50 295 94 79
top