YAŞIL ÇAY BU ORQANLARI SIRADAN ÇIXARA BİLƏR – ÇOX İÇMƏYİN

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Antioksidantlarla zəngin olan yaşı çay ölümdən başqa hər dərdin dərmanı sayılır.

Belə hesab olunur ki, məhz yaşıl çayın istehlakı əfsanəvi Şərq uzunömürlülüyünün sirridir.

Lakin nəzərə almaq lazımdır k, bir çox digər faydalı məhsullar kimi yaşıl çayın də həddindən artıq istehlakı insan sağlamlığına ziyan vura bilər.

Nyu-Cersi Dövlət Universitetinin (ABŞ) alimləri sübut edir ki, yaşıl çayın çoxlu miqdarda istehlakı qaraciyər və böyrəyin fəaliyyətinə ciddi mənfi təsir edə bilər.

Sagalmolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislər gündə 2-3 fincan yaşıl çay içməyi tövsiyə edirlər. Bundan çox miqdarda içildikdə yaşıl çayın tərkibində olan polifenol maddələr orqanizmdə toplanaraq qaraciyər və böyrəyin sağlamlığına ziyan vura bilər.

Related Articles

+994 50 295 94 79
top