HƏCC ZİYARƏTİ ADI ALTINDA FIRILDAQ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 19
    Shares

İndoneziyalı Annisa Xasibuan dələduzluqda təqsirləndirilərək 18 il həbs cəzasına məhkum edilib.

AYDINLIQ.AZ yenicag.az-a istinadən bildirir ki, bu barədə BBC məlumat yayıb.

Xasibuan və onun əri Andika Suraçman dələduzluğu öz turizm şirkətləri “First Travel” vasitəsilə həyata keçiriblər. 2009-cu ildə əsası qoyulmuş şirkət Səudiyyə Ərəbistanına səfərlərin təşkili ilə məşğul idi.

İndoneziya prokurorluğunun bəyanatına görə, ər-arvad Məkkəyə zəvvar turunun təşkili üçün 60 milyon dollar yığıb, nəticədə pulları mənimsəyərək, heç kimi ziyarətə göndərməyiblər.

Ər-arvad ümumilikdə 100 mindən çox müştərini aldadıblar.

Məlumat üçün bildirək ki, 31 yaşlı xanım Xasibuan İslam geyimləri üzrə dünyada məşhur dizaynerlərdən sayılır.

Related Articles

+994 50 295 94 79
top