NAZİR SƏLİM MÜSLÜMOVUN QOVDUĞU KADRI NİYƏ QAYTARDI? – VİDEO – YENİLİK.AZ

NAZİR SƏLİM MÜSLÜMOVUN QOVDUĞU KADRI NİYƏ QAYTARDI? – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran şəhər şöbəsində kadr dəyişikliyi olub. Axar.az yazıb ki, şöbə müdiri Maarif Bayramov işdən azad edilib.

Onun yerinə təzədən Babək Cəfərov təyinat alıb. B.Cəfərov əvvəl də DSMF müdiri işləyib. Keçmiş nazir Səlim Müslümov onu işdən azad etmişdi.
Yeni nazir Sahil Babayev isə M.Bayramovu vəzifəsindən çıxarıb B.Cəfərovu işinə qaytarıb.

AzEuroNews.com-a verilən məlumata görə, hələlik rəsmi sərəncamı verilməyib. Əldə etdiyimiz bilgiyə görə, onun oğlu Mikayıl Cəfərov Lənkəran şəhər İcra Hakimiyyətində işləyir.
Ötən ay oğluna Lənkərandakı “Şah” sarayında toy edən və müğənni Manaf Ağayevi gətirdən B.Cəfərovun şadlıq mərasimindən görüntülər instaqramda yer alıb/
Görünür ki, oğlunun toyu özünə də düşərli olub və təkrar vəzifəsinə qayıdıb. İddialar var ki, M.Bayramovla B.Cəfərovun münasibətləri ürəkaçan olmayıb.
B.Cəfərovun dövründə isə Lənkəranın sahibkarları sosial sığorta ödənişlərində qeyri-rəsmi tələblərlə üz-üzə qalıblar. S.Müslümovun işdən azad etdiyi məmuru S.Babayevin geri qaytarması maraq doğurur…

Related Articles

+994 50 295 94 79
top