ƏLİ HƏSƏNOV: “MÜSƏLMANLAR ÜÇÜN DUAYA ÇAĞIRIŞ BAŞQA DİNLƏRƏ ETİQAD EDƏNLƏRƏ MANE OLMAMALIDIR”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir”. Bunu Bakıda indoneziyalı jurnalistlərlə görüşü zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov deyib.

Ə.Həsənov həmçinin bildirib ki, Azərbaycanda azanın 500 metrdən uzaq məsafədən eşidilməməsi barədə qayda mövcuddur:

“Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”.

Prezidentin köməkçisinin sözlərinə görə, bu qayda Azərbaycanda yüksək dini tolerantlığın göstəricisidir və ölkədə müsəlmanlar və digər dinlərin nümayəndələri bir-birlərinin işinə müdaxilə etmir.

Ə.Həsənov əlavə edib ki, Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir:

“Biz kiminsə orucluq kimi bir dini ayini yerinə yetirib-yetirmədiyini bilmirik və bilməməliyik. Mən bilmirəm ki, mənim əməkdaşlarım oruc tutur, ya yox, onlara da mənim oruc tutub-tutmamağımı bilmək lazım deyil”.

 

TİA.AZ

Related Articles

+994 50 295 94 79
top