AZAL TƏYYARƏSİ HAVA LİMANINA QAYIDIB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Quşla toqquşan AZAL təyyarəsi hava limanına geri qayıdıb.

Bu barədə AZAL-ın “Facebook” səhifəsində məlumat verilib.

Məlumatda deyilir: “AZAL-ın J2-080 İstanbul (IST) – Bakı (GYD) reysi ilə səyahət edən sərnişinlər üçün məlumat.

Atatürk Beynəlxalq Hava Limanından uçuş zamanı təyyarənin quş ilə toqquşması ilə əlaqədar olaraq, hava gəmisinin komandirinin qərarı ilə təyyarə İstanbul hava limanına qayıdıb. Bu reysin sərnişinləri başqa bir təyyarə ilə Bakıya göndəriləcək.

Qeyd edək ki, aviaşirkətin qaydalarına əsasən, ehtiyac yarandığı təqdirdə yubanan reysin sərnişinləri bütün lazımi hər şeylə təmin olunacaq.

Yaranan narahatlığa görə üzr istəyirik”.

Related Articles

+994 50 295 94 79
top