“SƏNİN KÖMKÇİN MƏNİ YIĞA BİLMƏZ”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Müğənni Xatirə İslamla Günay İbrahimli arasında qalmaqal yaşanıb.  “Qafqazinfo” xəbər verir ki, Xatirə “ATV maqazin onlarla” proqramında həmkarı barədə tənqidi fikirlər səsləndirib. 

O, açıqlamasında Günayın çox dəyişdiyini qeyd edib: “O vaxtlar qarşılaşmışdıq. Günay stuldan duraraq dedi ki, Xatirə xanım gəlin əyləşin. Evdə dedim ki, o qız necə tərbiyəli qızdır. Durdu öz stolunu mənə verdi. Üstündən bir müddət vaxt keçdi. Xuraman Şuşalının anası rəhmətə getdi. Mənə zəng gəldi. Gördüm bir qızdır. Dedi salam, Günay İbrahimlinin produseriyəm.

Günay xanım dedi ki, Xuraman xanımın anasının yas yeri haradadır? Dedim, get ona de ki, hələ darıxmasın. Əgər telefonu mən götürmüşəmsə, sənin köməkçin məni yığa bilməz. Elə bir müğənni yoxdur ki, onun köməkçisi məni yığsın. Özü yığsın. Mən adamyeyənəm?”.

G. İbrahimli “Qafqazinfo”ya açıqlamasında mövzudan xəbərsiz olduğunu bildirib:

“Açıqlama ilə tanışam. Mənim mahnımı 5-ci pillədə yerləşdirdiyi üçün ona təşəkkür edirəm. Amma digər mövzu barədə bir şeyi deyə bilərəm ki, o, zəngdən xəbərim olmayıb. Mənim telefon kitabçamda sənətçilərin şəxsi nörmələri varsa, onlarla birbaşa əlaqə saxlayıram. Kiməsə deməmişəm ki, yığ, ondan filan məlumatı soruş”.

Related Articles

+994 50 295 94 79
top