FAZİL MƏMMƏDOVUN İŞDƏN ÇIXARDIĞI BAŞ KATİBƏ VƏZİFƏ VERİLDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Azərbaycan Güləş Federasiyasının sabiq baş katibi Əjdər Cəfərova yeni vəzifə verilib.
Yenilik.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 2 saylı Olimpiya Ehtiyat Təhsil İdman məktəbinə direktor təyin olunub.
Məlumatı saytımıza Təhsil Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov da təsdiqləyib.
Əjdər Cəfərov uzun illər Azərbaycan Güləş Federasiyasının baş katibi olub. O,  2016-cı ilə fevralın 4-də federasiya prezidenti Fazil Məmmədovun əmri ilə işdən azad olunub.
Qeyd edək ki, Əjdər Cəfərovun güləşçilərin şikayətinə və maddi yeyintilərə görə federasiyadan qovulduğu iddia olunurdu.

Related Articles

+994 50 295 94 79
top