“QAÇQINKOM”DA DAHA BİR DƏYİŞİKLİK

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (“Qaçqınkom”) kadr dəyişiklikləri olub.

“Report” xəbər verir ki, Dövlət Komitəsi Aparatı rəhbərinin müavini Rafiq Şamıyev işdən çıxarılıb. Bununla bağlı əmri Dövlət Komitəsinin sədri Rövşən Rzayev imzalayıb.

Digər əmrlə Elman Quliyev “Qaçqınkom” Aparatı rəhbərinin müavini təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin Humanitar yardımsektorunun müdiri işləyib.

Bundan başqa,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Nəzarət və təftiş şöbəsi yaradılıb.
Müvafiq əmrlə Namiq İbrahimov həmin şöbənin müdiri təyin edilib.

 

Related Articles

+994 50 295 94 79
top