Tərtərdə 15 yaşlı qız qaçırıldı: Rəis bütöv ailəni polisə gətirtdi (ŞİKAYƏT) – YENİLİK.AZ

Tərtərdə 15 yaşlı qız qaçırıldı: Rəis bütöv ailəni polisə gətirtdi (ŞİKAYƏT)

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Cebhe.info redaksiyasına Tərtər rayon Polis İdarəsinin əməkdaşıları ilə bağlı şikayət daxil olub. Naftalan sakini olan şikayətçi İlqar Mikayılov müraciətində ailəsinin iyunun 3-də zorla Tərtər rayon Polis İdarəsinə aparıldığını bildirib.
İlqar Mikayılov məsələ ilə bağlı bunları deyib: “Yoldaşım, 2 qızım və qudam Tərtərdən gələrkən Qərvənd ərazisində onların olduğu avtomobili polis əməkdaşları saxlayıb. Onlara deyilib ki, Polis İdarəsinə getməlidirlər. Yoldaşım da mənə zəng etdi ki, polis bizi saxlayıb, idarəyə aparmaq istəyirlər. Səbəbini soruşanda isə yoldaşım dedi ki, polislər maşında şübhəli nəsə olduğunu bildirir. Mən də dedim ki, əgər maşında nəsə varsa, sürücü günahkardırsa, siz maşından düşün, onu aparsınlar. Polis isə bunun rəisin göstərişi olduğunu deyib.
Polis əməkdaşı ilə danışmaq istəsəm də, telefona yaxın durmadı. Qızımın biri 6 aylıq hamilədir. Polisdən soruşmaq istəyirdim ki, mənim ailəmi hansı əsasla Polis İdarəsinə aparırlar? Mənim ailəmi zorla Polis İdarəsinə aparıblar. Hadisə 3 iyun tarixində saat 4-5 arası baş verib. Məcbur qalıb 102-yə zəng etdim. Axırda özüm də Tərtərə rayon Polis İdarəsinə getdim. Orda bilirdilər ki, 102-yə zəng etmişəm, ailəmi idarənin qarşısından geri qaytarıblar ki, bəs, səhv salmışıq. Belə özbaşınalıq, belə haqsızlıq olar?”
Şikayətçi həmçinin digər aidiyyatı qurumlara da şikayət etdiyini deyib: “Mamırlı kəndindən 15 yaşlı qız qaçırıblar. Bundan şübhələnib mənim ailəmi idarəyə aparıblar. Məsələ ilə bağlı 102-yə, Baş Prokurorluğa şikayət etmişəm ki,  aydınlıq gətirilsin. Hadisə zamanı mənim yoldaşımla telefon danışığım olub, həmin səs yazısını çıxarsalar görərlər ki, polis əməkdaşları mənim ailəmi rəisin tapşırığı ilə necə zorla Polis İdarəsinə aparıblar”.
Sayt şikayətçinin dediyi kimi, Mikayılova Saray Əhəd qızı, Bəhlulzadə Gülçin İlqar qızı, Bəhlulzadə Elmira İlqar qızı və qudasının həmin gün Tərtər rayon Polis İdarəsinə aparılması ilə bağlı sözügedən idarə ilə əlaqə saxlayıb.
Tərtər rayon Polis İdarəsinin növbətçisi 3 iyun tarixində belə bir hadisənin baş verdiyini təsdiqləyib. “Həmin şəxslər ayın 3-də 102-yə zəng etmişdilər. Azyaşlı qızın qaçırılması ilə bağlı istintaq gedirdi. Elvin Kərimov araşdırma aparırdı. Bizə məlumat daxil oldu ki, qızın yerini harasa dəyişirlər. Əməliyyat məlumatında həmin qızın o maşında olduğu bildirilmişdilər. Əməkdaşlarımız da həmin avtomobili saxlayıb baxış keçiriblər və sonra da buraxıblar. İdarəyə gətirilmə məsələsinə gəlincə, hadisə şöbənin yaxınlığında baş verib. Əməkdaşlarımızın baxışından sonra yollarına davam ediblər” – deyə Tərtər polisindən Cebhe.info-ya bildirilib.

Related Articles