“ZƏHƏR MAMED” KÖHNƏ VƏZİFƏSİNDƏN İSTEFA VERDİ: YERİNƏ OĞLU GƏLDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Tovuzun yeni icra başçısı oğluna vəzifə verdi.
Tovuz Rayon İcra Hakimiyyətinə yeni təyin olunan başçı Məmməd Cahangir oğlu Məmmədov “AQRO Kimya” MMC-nin prezidenti vəzifəsindən istefa verib. Unikal.org-un əldə etdiyi məlumata görə, onun yerinə “AQRO Kimya” MMC-nin prezidenti vəzifəsinə Məmmədov Rəhman Məmməd oğlu təyin edilib.
Qeyd edək ki, yeni rəhbər təyin olunan Rəhman Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısısı Məmməd Məmmədovun oğludur.
Bakupost xəbər verir ki, yeni icra başçısı Tovuzun Qaraxanlı kəndində anadan olub. Kənd Təsərrüfatı Nazirliyində çalışıb. Uzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrə işlədiyindən “Zəhər Mamed” ləqəbi ilə tanınıb.
Bundan başqa o, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəri Cahan Məmmədovun qardaşıdır.

Related Articles

+994 50 295 94 79
top