BALAKƏNDƏ TƏBİƏTƏ QƏSD: EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ, BUNA NƏ DEYİRSİNİZ? – FOTO – YENİLİK.AZ

BALAKƏNDƏ TƏBİƏTƏ QƏSD: EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ, BUNA NƏ DEYİRSİNİZ? – FOTO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 7
    Shares
Balakəndə yeni nazir Muxtar Babayevin hökmlü açıqlamalarının deyəsən təbiətin qəsdinə duranlar üçün əhəmiyyəti yoxdur. Belə ki, günün günorta çağı rayon meşəliyində ağaclar doğranır.
Mia.az bildirir ki, bu barədə tanınmış jurnalist Əlmaniz Ələkbərli sosial şəbəkədə yayıb.
O, odun dolu maşının fotosunu paylaşaraq belə bir status yazıb: “Bu şəkili bu gün saat 14:00-da Balakən rayon Tülü kəndinin ərazisində çəkmişəm. Görünür, yeni nazirin ağackəsmə tələblərinə məhəl qoymayan oğullar da vardır. Bu qorxmazlığa və saymamazlığa görə sizə halaldır.
Hörmətli Ekologiya və təbii sərvətlər naziri, buna nə deyirsiniz? İsti-isti çəkilmiş fotodur…”.

Related Articles