BERDİMƏHƏMMƏDOVDAN QƏDR GECƏSİ İLƏ BAĞLI QƏRAR – YENİLİK.AZ

BERDİMƏHƏMMƏDOVDAN QƏDR GECƏSİ İLƏ BAĞLI QƏRAR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qədr gecəsi münasibətiylə 611 məhbusu əfv edəcək.
Berdiməhəmmədov bu barədə qərarı dünən hökumətin iclası zamanı qəbul edib. O, Qədr gecəsi zamanı amnistiyanın həyata keçirilməsinin Türkmənistanda ənənə olduğunu deyib.
Berdiməhəmmədov həmçinin Türkmənistan vilayətlərinin rəhbərlərinə həbsdən azadlığa buraxılanların işlə təmin edilmələrinə şərait yaradılmasını tapşırıb.
Qeyd edək ki, keçən il Qədr gecəsi zamanı Berdiməhəmmədov 1029, 2016-cı ildə isə 600 məhbusu əfv etmişdi. (Axar.az)

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

Related Articles