RUSLAR AZƏRBAYCANLI HƏKİMDƏN ŞİKAYƏTÇİDİLƏR – YENİLİK.AZ

RUSLAR AZƏRBAYCANLI HƏKİMDƏN ŞİKAYƏTÇİDİLƏR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Rusiyanın Nijni Taqil şəhər sakinləri Azərbaycan vətəndaşı Maqsud.M-dən polisə şikayət ərizəsi yazaraq, haqqında cinayət işi qaldırılmasını tələb edirlər.
Musavat.com-un yerli KİV-ə istinadən məlumatına görə, buna səbəb Maqsudun saxta diplomla özəl klinikada stomatoloq işləməsidir. Məlumata görə, diplomda onun 2017-ci ildə Samara Tibb Universitetini bitirdiyi yazılsa da, sonradan bu öz təsdiqini tapmayıb.
Söhbət ondan gedir ki, Rusiya Federasiyası Təhsil və Elmə Nəzarət Federal Xidmətinin bazasında bu adda adama diplom verilməsi barədə heç bir qeyd yoxdur. Bundan başqa, o, hələ iki il internatura da keçməlidir. Şəhər sakinləri deyir ki, o, əvvəlcə şəhər poliklinikaların birinə işə düzəlmək istəsə də, diplomu şübhə doğurduğundan istəyinə nail ola bilməyib.
Bundan sonra isə o, özəl klinikanı seçib. Maraqlısı həm də odur ki, o, bu klinikada əsasən uşaqları “müalicə” edir.

Related Articles

+994 50 295 94 79
top