BU GÜN AZƏRBAYCANDA SONUNCU QƏDR GECƏSİDİR – BUNLARI MÜTLƏQ EDİN – YENİLİK.AZ

BU GÜN AZƏRBAYCANDA SONUNCU QƏDR GECƏSİDİR – BUNLARI MÜTLƏQ EDİN

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gecə Azərbaycanda sonuncu Qədr (əhya) gecəsi qeyd olunacaq.

“Qədr gecəsi Quranın nazil olduğu 3 gecədən biridir”.
Bu sözləri metbuat.az-a açıqlaması zamanı ilahiyyatçı Hacı Fuad Pənahlı bildirib. Onun sözlərinə görə, bu gecə dindarların səhərədək oyaq qalıb ibadət etməsi, dualar eləməsi Quranı qarşılamaq kimi hesab olunur:

“Qədr gecəsinin çox dərin fəlsəfəsi var. Bu gecə insanın illik bəlalarının ondan uzaqlaşmasını təmin edən bir gecədir. Bir sözlə, başdan-ayağa fəzilətlərlə zəngin bir gecədir. Yaxşı olar ki, insanlar bu gecənin niyyəti ilə qüsul alıb, səhərə qədər oyaq qalsınlar. Qədr gecəsinin özünəməxsus duaları, zikirləri ilə məşğul olsunlar”.

Bu gecə ilə əlaqəli peyğəmbərin buyurduğu dua bu şəkildədir:

“Allahumma innəkə afuvvun tuhibbul avfa fafuanni”

“Allahım! Sən əvf edib bağışlayıcısan. Əfv etməyi sevirsən. Məni də bağışla.”

Related Articles

+994 50 295 94 79
top