“BU YAŞDA BELƏ SATQINLIQ OLMAZ” – HÜSEYNİ BİABIR ETDİLƏR – YENİLİK.AZ

“BU YAŞDA BELƏ SATQINLIQ OLMAZ” – HÜSEYNİ BİABIR ETDİLƏR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Ötən gün “Maşın” realiti şousunda hədəf seçilən Hüseyn Əzizoğlunun “sağ” göstərib, “sol” vurması sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. “Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə Pərvin Abıyevanı şoudan kənarlaşdıracağını desə də, səs topladıqdan sonra hədəfinin Abbas Bağırov olduğunu açıqlayıb.

Hüseyn “Pərvin, mən səni heç vaxt vurmaram. Çünki sən də mənim kimi yetim böyümüsən.Əvvəlcədən oyun qurmuşduk, hələ də davam edir. Roza tərəfindən Abbas Bağırovun yanına yerləşdirilmişdim. Hədəfim odur” – deyib.
Bu açıqlamaya aparıcı Murad Dadaşov da təəccüblənərək şokda olduğunu qeyd edib.

Abbas “Hüseyn, maşını sən aparmayacaqsan. Bundan əmin ol. Hüseyn, bu gün səndən 4 dəfə soruşdum ki, hədəf mənəm? Yalan danışdın, tamaşaçıları aldatdın. Mən tamaşaçılarıma üz tütdüm, sənə səs istədim”- deyə cavab verib.

O, günlərdir ki, Hüseynin Rozanı ikinci anası kimi görməsi barədə açıqlamasına toxunub:

“Bunu heç kim bilmir. Hüseyn Əzizoğlu Roza Zərgərliyə “mama” deyirdisə, mənə də “papa” deyirdi”
Bundan sonran sosial şəbəkələrdə Hüseyn, Abbas və Roza Zərgərlinin fotoları əks olunan maraqlı “caps”lar hazırlanıb.

Həmçinin, Hüseynin Roza Zərgərli ilə birləşərək belə bir oyun qurması məşhurları da qəzəbləndirib.

Murad Arif instaqramda Hüseyni tənqid edib:“Heç biri ilə tanış deyiləm. Bu oğlan çox eybəcər söhbətlər edir. Pərvinin dostu kimdir, imkanı nədir… Kİmə nə? Pərvin daha mərdanə danışır”.

Natavan Həbibi isə iyrənc bir oyunun şahidi olduğunu söyləyib: “İyrənc və şərəfsiz bir oyun idi. Kişi və ya qadın, fərqi yoxdur. İnsan olduğunu unutmaq olmaz. Dəyərlər şərtlərə görə dəyişməməlidir. Bu dərəcədə satqınlıq, bu yaşda! Aldanan tamaşaçı oldu. Əminəm, elə tamaşaçı da öz cavabını verəcək. Oyunu quranlar da, oynadanlar da uduzdu. Şounun nəticəsindən asılı olmayaraq yaddaşlarda bu günün çirkin oyunu qaldı”.

Günel Hümbətova isə “Belə cır oğul yetişdirənlərin halına çox acıyıram. Təəssüf ki, sayları az deyil” deyə feysbukda status yazıb.

Rahidə Baxışova “Can Abbas,dünən sənə bunu edə bilmədim” deyə instaqramda şərh yazıb.

 

 

Related Articles