“ELƏ BİR İYRƏNC KEÇMİŞİM YOXDUR Kİ, UTANIM!” – YENİLİK.AZ

“ELƏ BİR İYRƏNC KEÇMİŞİM YOXDUR Kİ, UTANIM!”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Biz heyvanlar üçün oxumuruq, insanlar üçün oxuyuruq. Ali təhsilli insan daha peşəkar müsahibə verə bilərdi”.

Axşam.az xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla”ya qonaq olan müğənni Damla əməkdar artist Elza Seyidcahanın ünvanına deyib. Sənətçi Seyidcahanın onun fotosunu cırmasına və qeyri-peşəkar adlandırmasına cavab verib:

“Mən adımı dəyişməyimdən utanan bir insan deyiləm. Adım Məsumədir və adımdan çəkinmirəm. Elə bir iyrənc keçmişim də yoxdur, adımın ləkəsi də yoxdur ki, utanım, çəkinim. Biz heyvanlar üçün oxumuruq, insanlar üçün oxuyuruq. Ali təhsilli insan daha peşəkar müsahibə verə bilərdi. Damla tamaşaçısını kimsə təhqir edə bilməz. Mənim dinləyicilərimi kimsə aşağılaya bilməz”.

Qeyd edək ki, Elza Seyidcahan bir müddət öncə Damla haqda sərt fikirlər səsləndirmişdi.

Related Articles