KOSMETOLOQ ELNARƏNİN YENİ QURBANI: ”DODAĞIMDAN QAN FONTAN VURURDU…” – YENİLİK.AZ

KOSMETOLOQ ELNARƏNİN YENİ QURBANI: ”DODAĞIMDAN QAN FONTAN VURURDU…”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı peyda olub. Şikayətçi Qənirə H-ova iddia edir ki, E.Rzayevaya dodağında süni gelin yox edilməsi üçün 1200 manat ödəyib. Lakin nə dodağındakı problem həll olub, nə də pulunu geri ala bilib, əvəzində isə döyülüb.
Şikayətçi deyir ki, bir il əvvəl dodağındakı süni gelin yox edilməsi üçün E.Rzayevanın qəbulunda olub: ”İlk poroseduri Elnarə ”Face studio”da edib. 500 manata dodağıma iynə vurdu. Sonrakı proseduru ”LA estetik” salonunda etdi. Yenidən iynə vurdu, sonrakı dəfə isə özünü xalası kimi təqdim edən qadın dodağımı yandırdı.Bir müddətdən sonra həmin mərkəzə gedəndə dedilər ki, Elnarəni qovublar. Bir sözlə, Elnarəyə ümumilikdə 1200 manat pul vermişəm”.

• Maşınqayıran kosmetoloq məhkəmə qarşısında: Qurbanı ilginc açıqlamalar verdi

• Bakıda tanınmış kosmetoloq müştərisini döydü – ”Eşitmişəm ki, arxasında bir kişi dayanır…”
• ”Ağzım qanla dolu idi, danışa bilmirdim, tərpədən kimi qan axırdı…” – Elnarə Rzayevanın daha bir qurbanı
Şikayətçi deyir ki, dodağı bərbad hala düşdüyündən qohumu olan xanımla E.Rzayevanın mərkəzinə gedib və orada döyülüb: ”Qohumumla mərkəzə getdik, azyaşlı oğlu da yanında idi. Pulu istədik, qışqırmağa başladı ki sübut elə ki pul vermisən. Səsi-küyü oranı bürüdü. Hərdən bir də oğluna ”qorxma oğlum” deyərək ürək-dirək verirdi. Telefonu çıxarıb başladı bizi çəkməyə. Siz görəsiniz o necə söyüşlər söyürdü? Həyatımda eşitmədiyim söyüşləri ondan eşitdim. Şillə-təpik atdı qohumuma. Məni vurmadı, amma elə itələdi ki… Ayaqlarım sınaydı onun yanına getdiyim yerdə. Həm pulum getdi, həm də sağlamlığım”.
Qənirə H-ova prosedurdan sonra başına gələnləri belə nəql edir: ”Dodağımı o murdar qadın elə bir hala salmışdı ki… Hər səhər qan içərisində yuxudan oyanırdım. Bütün yatağım qan olurdu. Gecə yatanda səhər oyanırdım ki, dodaqlarım birləşib. Ağzımı açanda isə qan fontan vurudu. Kok qadın idim, arıqlayıb bir dəri, bir sümük olmuşdum. Allah onun bəlasını versin. Ona verdiyim pul məni yandırmır, amma mənə elə əzablar çəkdirdi…”.
• Məhkəmə kosmetoloq Elnarə Rzayeva barədə son qərarını verdi – O, külli miqdarda təzminat ödəyəcək
• Kosmetoloqun qurbanı onun müstəntiqlə gizli ”sövdələşmə”sini etiraf etdi – TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR
• Kosmetoloq Elnarə Rzayevadan əxlaqsız sözlər – “Sənin ağzını…”
Şikayətçinin dodaqlarının vəziyyətini əks etdirən fotoları da Criminal.az saytına təqdim edib. Fotolarda dodaqların vəziyyəti görənləri dəhşətə salır:
Mətbuatda dərc edilən məlumatlara görə, Elnarə Rzayevanın müxtəlif sertifikatları olsa da, o, Rusiyanın Saratov şəhərində texnikumda maşınqayırma ixtisası üzrə təhsil alıb. Lakin mətbuat konfransında E.Rzayeva Seçenov adına Moskva Dövlət Tibb Universitetini bitirdiyini dedi.
Həmçinin Səhiyyə Nazirliyi vəkil sorğusuna cavab verərkən bildirib ki, Elnarə Rzayevanın tibbi və əczaçılıq ilə bağlı lisenziyası yoxdur. Bildirilib ki, Elnarə Ramiz qızı Rzayeva adında şəxs praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması üçün sertifikasiya prosesində iştirak etməyib və bununla bağlı onun Səhiyyə Nazirliyinə müraciəti daxil olmayıb.
• Erməni əsilli kosmetoloq niyə məhz Elnarə Rzayevanı “seçib”?
• Kosmetoloq Elnarədən 1-ci vitse-prezidentə şikayət: ”Sizinlə olan foto-şəkildən istifadə edərək, hər yerdə…”

• ”Elnarə Rzayeva gördü ki, donuza oxşadım, rahatladı…”

Bundan başqa E.Rzayeva qurbanlarının iddialarını qəbul etmir və bunu rəqibləri tərəfindən özünə qarşı aparılan ”qara piar” adlandırır. Şikayətçilərin başına gətirilənləri işıqlandıran Criminal.az saytının əməkdaşları haqda böhtan xarakterli açıqlamalar verir. Saytımızı kosmetoloq Rəna Sultanovun sifarişi ilə ona qarşı qərəzli yazılar yazmaqda ittiham edir.
Ziddiyətli açıqlamalardan birini isə mətbuat konfransında verib. Bildirib ki, onun haqqında xəbərlər yazaraq gündəmə gəlməsinə səbəb olan şəxs Criminal.az xəbərlər saytının baş redaktoru Anar Məmmədovdur. Onun sözlərinə görə, Anar Məmmədov ona qarşı olan nakam sevgi hissləri bəsləyir. Anar sevgisinin cavabsız qaldığına görə acıqlanıb və rəhbərlik etdiyi mətbu orqanda ona qarşı informasiya hücumlarına başlayıb. Onun sözlərinə görə, Anar Məmmədov ona bir müddət əvvəl sevgi etirafı edib, amma hissləri qarşılıqsız olub.
Criminal.az olaraq xatırladırıq ki, E.RZayevaya qarşı heç bir qərəzimiz yoxdur. Onun mövqeyini dərc etməyə hazırıq.

 

Related Articles