UŞAĞI DÖYƏN MÜƏLLİM QOVULDU – BAĞÇA BAĞLANDI (VİDEO) – YENİLİK.AZ

UŞAĞI DÖYƏN MÜƏLLİM QOVULDU – BAĞÇA BAĞLANDI (VİDEO)

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Bakıda fəaliyyət göstərən “Kids Studio” bağçası uşaqların döyülmə videosunun yayılmasından sonra fəaliyyətini dayandırıb.
Yenilik.az xəbər verir ki, bağçadan axar.az-a verilən məlumata görə, uşaqları döyən müəllim də işdən azad edilib.
“Həmin görüntülərdə müəllimə uşağı döymür, sadəcə, silkələyir, divara tərəf atır. Bağçanın fəaliyyəti bu gündən etibarən dayandırılıb”, – bağçadan bildirilib.
Qeyd edək ki, bu gün Azxəbər.com saytı “Kids Studio” bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayıb.

Related Articles