UŞAQLARA İŞGƏNCƏ VERİLƏN BAĞÇANIN ADI BƏLLİ OLDU – AÇIQLAMA – YENİLİK.AZ

UŞAQLARA İŞGƏNCƏ VERİLƏN BAĞÇANIN ADI BƏLLİ OLDU – AÇIQLAMA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Xəbər verdiyimiz kimi, Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video yayılıb.
Azxeber.com-a göndərilən videogörüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və hər gün uşaqlara qarşı kobudluq olub.
Azxeber.com-un məlumatına görə, adı hallanan bağça özəl bağçadır və Yasamal rayonu ərazisində yerləşir. Özəl bağçanın adı isə “Kids Studio”dur. Uşaqlar qarşı kobud davranan şəxsin adı isə Firuzədir.
Məsələ ilə bağlı AZXEBER.COM adıçəkilən bağça ilə əlaqə saxlayıb. Bağçadan bildiriblər ki, həmin görüntü onların bağçasında olsa da, orada döyülmə faktı olmayıb: “Bu uşaq mənim öz uşağımdır və sadəcə tənbeh etmişəm. Xəbərdə qeyd olunduğu kimi hallar olmayıb”.
// AZXEBER.COM

Related Articles

+994 50 295 94 79
top