XALQ ŞAİRİN OĞLU VƏFAT ETDİ – YENİLİK.AZ

XALQ ŞAİRİN OĞLU VƏFAT ETDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Xalq şairi Cabir Novruzun kiçik oğlu Müşfiq Cabiroğlu bir neçə saat bundan əvvəl dünyasını dəyişib.
Moderator.az xəbər verir ki, Cabir Novruz ocağının sonbeşik oğlu Müşfiq 54 yaşında ürəktutmasından vəfat edib.
Bu barədə “facebook” sosial şəbəkəsində Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev və mərhumun başqa dostları məlumat veriblər.
Xatırladaq ki, Cabir Novruzun ortancıl oğlu Vüqar Novruzov 4 il öncə -2014-cü ilin elə bu ayda – 28 iyunda vəfat etmişdi.
Onun da ölümünə ürək çatışmazlığı səbəb olmuşdu. Vüqar Novruzov Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin mayor rütbəli əməkdaşı idi.
Cabir Novruzun böyük oğu Mirzə Novruzov isə 2007-ci ildə avtoqəzada həlak olmuşdu.

Related Articles

+994 50 295 94 79
top