“XOŞQƏDƏMİN VERİLİŞİNDƏN SONRA POLİS BÖLMƏSİNDƏ İNTİHAR EDƏN 3 UŞAQ ATASI QORXUDAN…” – YENİLİK.AZ

“XOŞQƏDƏMİN VERİLİŞİNDƏN SONRA POLİS BÖLMƏSİNDƏ İNTİHAR EDƏN 3 UŞAQ ATASI QORXUDAN…”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl sevgilisi ilə Azərbaycana gələn qazaxıstanlı qızın Bakıda öldürüldüyü üzə çıxıb. Bir neçə gün əvvəl Qazaxıstanda yaşayan şəxslər “Xəzər” televiziyasına müraciət edərək ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının mayda Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər. Dünən bu məsələ telekanalda Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə işıqlandırılıb və qızı Azərbaycana gətirən sevgilisi, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu verilişə dəvət olunub. Veriliş efirə gedəndən sonra Y.Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb. Bu zaman gənc oğlan özünü polis idarəsinin pəncərəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib. Aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qazaxıstanlı qızın Yolçu Yusifov tərəfindən öldürüldüyü təsdiqlənib və A.Atsubayevanın meyiti Pirşağı qəsəbəsində qamışlıq sahəsindən tapılıb. Bu cür cinayətlərin üstünün televiziya verlişində açılması insanlarımızın hüquq-mühafizə orqanlarına olan inamını azalda bilərmi?Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bu cür məsələlərin ictimailəşdirilməsinin mənfi tərəfi yoxdur: “İnsanların baş verən kriminal və yaxşı hadisələr barəsində məlumat almaq hüququ var. Bunun əlbəttə ki, yaxşı bir hal kimi deyil, mənfi hadisə kimi təbliğ edilməsi daha doğru olardı. Günahkar insan qorxudan polis bölməsində intihar edə bilər. Amma bütövlükdə bu məsələnin ictimailəşməsi yaxşıdır. Çünki müvafiq qurumlar bu məsələdə konkret addım atmalıdır. Əlbəttə ki, bəzi polislərimizin ixtisaslaşmasında problemlər ola bilər. Bu cür cinayətlərin televiziyaya çıxarılıb, ictimailəşdirilməsi polisin yeni faktlar əldə etməsinə kömək edəcək. Polislərimiz hər bir cinayəti yüzdə-yüz açacaq gücə malik ola bilməz. Həm də bütün bunların günahını polisin üzərinə atmaq da düzgün olmaz. Amma bu cür hadisələrin ictimailəşdirməsinin polisin işini asanlaşdırdığı da danılmazdır”.

Related Articles

+994 50 295 94 79
top