BAKIDA PARK MƏHV EDİLİR – 40 YAXIN AĞAC… (FOTO-VİDEO) – YENİLİK.AZ

BAKIDA PARK MƏHV EDİLİR – 40 YAXIN AĞAC… (FOTO-VİDEO)

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Paytaxtda yaşayış binasının ətrafı zəbt olunub.
Unikal.org-a Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 83 saylı binanın sakinləri müraciət ediblər.
Sakinlər iddia edirlər ki, yaşadıqları ünvandakı binanın həyətyanı parkı tikinti məqsədilə Məmmədov Əlvan Bilal oğlu tərəfindən mənimsənilib. Vətəndaşlar bildirirlər ki, parkda 40 yaxın ağac var. Ağacların ətrafına daş tökülüb, tikinti aparmaq üçün ağacların kəsilməsi planlaşdırılır. Hətta bəzi ağacların yandırıldığı da qeyd edilir.
Sakinlərin verdiyi məlumata görə, tikintiyə icazə 2014-cü ildə verilib .İndi ərazidə yaşayan vətəndaşlar ərazidəki yaşıllıqların məhv edilməməsi və tikintinin dayandırılması üçün aidiyyatı qurumlardan kömək istəyirlər.

Related Articles

+994 50 295 94 79
top