DEPUTAT DƏRS İLİNİN UZADILMASINA ETİRAZ ETDİ – YENİLİK.AZ

DEPUTAT DƏRS İLİNİN UZADILMASINA ETİRAZ ETDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
“Orta məktəblərdə oxuyan şagirdləri niyə süründürürlər? Tədris iyunun 15-də başa çatır. Uşaqları belə yükləmək olmaz. Birinci sinifə gedən uşağı çantasının ağırlığı 6-8 kiloqramdır. Bunlar ağırlıq qaldıran yetişdirəcəklər?”.
Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Aqil Abbas deyib.
“Uşaqlara niyə əzab verirlər? Nə öyrədirlər? Dərslər qurtarıb. Məktəbə elə-belə gedib-gəlirlər. Bu məsələ yoluna qoyulmalıdır”-deyə, deputat əlavə edib/Report.

 

Related Articles