DEPUTAT XALQ YAZIÇISINDAN JURNALİSTİ TƏHQİR EDƏN GENERALA SƏRT İFADƏLƏR – YENİLİK.AZ

DEPUTAT XALQ YAZIÇISINDAN JURNALİSTİ TƏHQİR EDƏN GENERALA SƏRT İFADƏLƏR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı başlanan cinayətdə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı Nəciməddin Mikayıl oğlu Əliyevin həbs olunması ilə bağlı jurnalistin sualını cavablandıran zaman general Ərziman Əliyev tərəfindən onun ağır söyüşlərələ təhqir olunması ilə bağlı xəbər vermişdik.

Artıq cəmiyyətin tanın simaları, millək vəkilləri, ziyalılar, mədəniyyət adamları bu biabırçı hərəkəti pisləyir, peşə fəaliyyətini yerinə yetirən jurnalisti təhqir edən generalın cəzalandırılmasını tələb edirlər.

Məsələ ilə bağlı Mili Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova da KİV-ə müraciət ünvanlayıb. O müraciətində jurnalist Əli Cahagiroğlunu dəstəklədiyini, onu yaxından tanıdığını və illərdir televiziyada da onunla əməkdaşlıq etdiyini bildirib. O generalın bu söyüşlərindən utandığını, belə hərəkətin general adı daşıyan adam üçün biabırçı hərəkət olduğunu, belə söyüşlərin Ərziman Əliyevin həyat tərzi olduğunu bildirib.

“Mən bu səs yazısına baxdım və utandım. Mən təəssüf edirəm ki, bizdə belə generallar var. Mən heç inanmazdım ki, belə azərbaycanlı bizim aramızda yaşayır. Ona adi bir sualı verən jurnalsiti, özüdə belə tanınmış jurnalisti, illərdir televiziyada xeyirxah işlər görən jurnalisti belə ağır təhqir etsin. Mən Əli Cahangiroğlunu çoxdan tanıyıram. Onu dəstəkliyirəm. Media mənim və ailəm haqda da yazıb, amma biz ağlımıza da gətirə bilmərik ki, biz medianı jurnasisti təhqir edək. Media cəmiyyətin güzgüsüdür. Hər kəs mediaya açıq olmalıdır. Burda nə var jurnalist soruşub ki, bu sizin qardaşınızdır, yoxsa yox. Cavab verə bilərdi ki, mən bu suala cavab vermək istəmirəm.

Jurnalisti iş başında təhqir etmək ağır cinaytdir. Vaxtında yüksək vəzifə tutmuş adam belə davrana bilməz, bu dözülməz haldır. Mən bu hərəkəti qəti pisləyirəm. Bizim Yol da jurnalist Əli Vəliyev də mənim üçün çox dəyərlidirlər, çünki onlar peşəkardır.

“Əli Cahangiroğlu eyni zamanda illərdir televiziyada işləyir və məşhur jurnalist Xoşqədəm Hidayətqızının komandasının aparıcı siması olub, fəaliyyət göstərib çox xeyirxah işlər görüb və mən uzun illərdir onunla əməkdaşlıq edirəm. Mən açıq deyirəm. Bu yaramaz hərəkəti pisləyirəm. Əgər bu insan tanımadığı insanı jurnasitsi təhqir edirsə, onda o adi həyatda necə davranır? Ailə üzvləri ilə yaxınları, qohumları, uşaqları ilə necə davranır. Deməli, bu söyüş onun adətidir, həyat tərzidir. Mən bunu fikirləşirəm. Bütün hallarda belə şeylər bizim cəmiyyətimizdə olmamalıdır. Bizim cənab Prezident görün jurnalistlərə necə davranır, onlar üçün necə böyük işlər görür, onları dostu adlandırır. Birinci vitse Prezident Mehriban Əliyevadan örnək götürməliyik. Mən bu məslədə jurnalist Əli Vəliyevi dəstəkləyirəm. O çox yaxşı jurnaisti yaxşı işçidi. Hüquq mühafizə orqanları bunula bağlı təcili təfdbir görməlidir. Mən hazırda xaricdəyəm. Bakıda olsaydım bugünkü parlamentin iclasinda bu məsələni qaldıracaqdım.Yenə də müraciət edirəm tədbir görülməlidir.”

Related Articles

+994 50 295 94 79
top