OQTAY ƏSƏDOV DEPUTATLARA İRAD TUTDU – YENİLİK.AZ

OQTAY ƏSƏDOV DEPUTATLARA İRAD TUTDU

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Milli Məclisin sədri Oqtay Əsədov deputatların “Təhsil haqqında” qanunun yenidən hazırlanması ilə bağlı təkliflərinə etirazını bildirib.

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında O.Əsədov xatırladıb ki, uzun müddət “Təhsil haqqında” qanun qəbul olunmayıb.

“Nəhayət qanun qəbul edildi. İndi də deyirlər, qanun yenidən işlənməlidir. Belə olmaz axı… Qanun olmazsa, nəyə dəyişiklik edəcəksiniz? Hər şeyi yenidən işləmək olmur axı.

Onda gəlin Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq”-deyə, parlamentin sədri vurğulayıb.

Qeyd edək ki, bəzi deputatlar hazırki “Təhsil haqqında” qanunda çatışmazlıqlar olduğunu bildiriblər, onlar qanunun yenidən hazırlanmasını təklif ediblər.

Related Articles

+994 50 295 94 79
top