“XƏSTƏXANA PULUNU TAPA BİLMİRSƏ, MƏNİMLƏ NİYƏ OXUYURDU?” – PƏRVİZDƏN TÜRKANA – YENİLİK.AZ

“XƏSTƏXANA PULUNU TAPA BİLMİRSƏ, MƏNİMLƏ NİYƏ OXUYURDU?” – PƏRVİZDƏN TÜRKANA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Bir neçə gün öncə avtomobil qəzası keçirən müğənni Türkan Vəlizadənin xəstəxana xərclərini qarşılaya bilmədiyi barədə xəbərlər yayılıb.
İddialara görə, onun duet ortağı meyxanaçı Pərviz Bülbülə də bu məsələyə biganə yanaşıb.
AZXEBER.COM xəbər verir ki, meyxanaçı bu haqda ARB-nin “Səhər-səhər” verilişində açıqlama verib:
“Bu gün gedib xəstəxana koridorunda oturmağım mənasızdır. Türkan xanımın səhhətində hər şey qaydasındadır. Hər birimiz ona xüsusi diqqət edirik. Əgər bu gün Türkan düşdüyü qəzaya görə xəstəxana pulunu çıxara bilmirsə, niyə mənimlə oxuyurdu? Gedib başına bir çarə qılaydı. Mən özüm də indi müalicə alıram. Özü də Bodrumda deyiləm, Bakıdan bir az aralı bir şəhərdəyəm”.

 

 

Related Articles