PENSİYA VƏ MÜAVİNƏTLƏRƏ, MAAŞLARA YENİDƏN BAXILACAQ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Azərbaycanda 2018-ci il dövlət büdcəsində pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqqları üçün ayrılan vəsaitin məbləği artırılır.

Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bildirlib ki, pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması və digər sosial tədbirlərin maliyyə təminatı üçün təsdiq edilmiş dövlət nüdcəsində nəzərdə tutulmuş 384 milyon manatla yanaşı,2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərindən əlavə olaraq 128 milyon manat vəsait yönəldiləcək.

Dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin iyunun 28-29-da keçirilməsi nəzərdə tutulan növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq.

Related Articles

+994 50 295 94 79
top