XANLAR VƏLİYEV BAŞ PROKUROR GƏTİRİLİR – ŞOK İDDİALAR – YENİLİK.AZ

XANLAR VƏLİYEV BAŞ PROKUROR GƏTİRİLİR – ŞOK İDDİALAR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Sabiq MTN-çi hərbi prokuror Xanlar Vəliyevin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı sensasion iddialar irəli sürüb. Hazırda Amerikada yaşayan tanınmış politoloq Ərəstun Oruclu öz bloqunda yazıb ki, 2017-ci ilin mayında həbs olunan hərbçilər transmilli cinayətkar şəbəkənin əməlləri haqda məlumatlı olduqlarının qurbanı olublar. Politoloq qeyd edib ki, bu məsələdə suallar işin istintaqını aparan Respublika Hərbi Prokurorluğuna və onun rəhbəri Xanlar Vəliyevə ünvanlanmalıdır.
Ə.Oruclu bloqunda yazıb ki, məsələni bir qədər də araşdırdıqda 2 müxtəlif versiya ilə üzləşdik: ”Bu şəbəkə və onun fəaliyyəti haqda hələ bir neçə il əvvəl apardığımız ətraflı araşdırma göstərmişdi ki, Azərbaycanda fəaliyyət göstərən və kürd mənşəli xarici vətəndaşa məxsus olan böyük holdinqlərdən biri İran-Ermənistan-Qarabağ (ölkənin işğal olunmuş əraziləri)-Tərdər-Gəncə xətti üzrə narkotrafikə nəzarət edir və bu kanal üzrə narkotik maddələrin trafikinə bir çox hallarda Azərbaycan ordusunun hərbçiləri ilə yanaşı işğalçı Ermənistan Ordusunun da əsgərləri cəlb olunurlar. Bu məsələ tərəfimizdən xırda detallarınadək ətraflı araşdırılıb və təkzibolunmaz faktlar toplanıb, amma bu haqda bir qədər sonra və daha ətraflı yazacağam”. 
Ərəstun Oruclu 
Məhşur MTN-çi bloqunda yazır: Azərbaycan Ordusunun çoxsaylı hərbçilərinin Ermənistan xüsusi xidmət orqanlarına işləmək saxta ittihamı ilə həbsinin arxasında hansısa xarici dövlət(lər) dayanır və məqsəd Milli Ordunu sındırmaq, növbəti 2016-cı il aprel əməliyyatı kimi aksiyalardan çəkindirmək və həmin əməliyyata görə cəzalandırmaqdir. Bu dəfə də Rusiya Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə yeridilmiş adamının vasitəsilə hərəkət etdi. 
Ə.Oruclunun bloqundan sitat: ”Həbs olunanların əksəriyyəti 2016-cı ilin aprel döyüşlərində fəal iştirak etmiş hərbçilər idi və ən acınacaqlısı da budur ki, əldə etdiyimiz məlumata əsasən onlara işgəncə verərək öldürənlər də Milli Ordunun xüsusi təyinatlıları olub. Belə ki, hərbi prokurorluğun rəhbərliyi həbs olunanların törətmədikləri cinayətləri boyunlarına götürməsi üçün onlara işgəncələr vermək məqsədilə cəlb etdiyi və cəllad funksiyasını yerinə yetirənlər də Milli Ordu hissələrindən gətirilmiş xüsusi təyinatlılar olub. Bu günədək 6 nəfərin öldürülməsi faktı dəqiq bəlli olsa da bununla bağlı nə xüsusi təhqiqat başlanıb, nə də kimsə ciddi cəza alıb. O cümlədən də bütün bu cinayətlərə görə şəxsən məsuliyyət daşıyan hərbi prokuror Xanlar Vəliyev və müdafiə naziri Zakir Həsənov. Mediadan daim gizlənən Xanlar Vəliyevin isə təxminən bir ay əvvəl gözlənilmədən peyda olması və yuxarıda qeyd etdiyim mənasız açıqlamanı verməsi heç də məsələnin mahiyyətilə bağlı deyil. Bizə daxil olan və etimad doğuran məlumata əsasən 11 aprel seçkilərindən sonra Bəylər Əyyubovun qruplaşmasına daxil olan və onun yaxın qohumu olan Xanlar Vəliyevin (vəliyevlər ailəsinin ağsaqqalı sayılan Şahmar Vəliyev Bəylər Əyyubovla qudadır) Azərbaycan Respublikasının Baş Prokuroru postuna gətirilməsi planlaşdırılır və elə bu səbəbdən də Azərbaycan Ordusuna ağır zərbələr vurmuş hərbi prokurora mediada “işıqlanmaq” və silahlı qüvvələrə qarşı törətdiyi cinayət əməllərinə bəraət qazandırmaq lazım olub”.
Kriminal.az

Related Articles