“ANAR MƏMUR OĞLU DEYİL VƏ… FƏRHADIN DA “LEKSUS”U VAR” – YENİLİK.AZ

“ANAR MƏMUR OĞLU DEYİL VƏ… FƏRHADIN DA “LEKSUS”U VAR”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Avtomobil parkovkasına görə baş vermis insident qonşulardan birinin reanimasıyaya, digərinin isə həbsə düşməsi ilə nəticələnib. Olduqca faciəli və qorxunc göstəricidir. Ona görə qorxuncdur ki, avtomobil parkovkası ilə bağlı sürücülər arasında şəhərdə hər gün mübahisə yaranır və belə mübahisələrin necə sonuclanacağı kimsəyə bəlli deyil.
Yaranmış insidentin səbəbkarı olan Fərhad Ağayevə ağır xəsarət yetirənAnar Mehdiyevə qarşı yerli mətbuatda günlərdir kin və qəzəb səngimək bilmir. Anarın və onun ailə üzvlərinin ünvanına lənətlər yağdırılır, onun ağır cəzalandırılması tələb edilir, zərərçəkmişin qohumlarının müraciətləri aramsız dərc olunur. Anarı “quldur”adlandırır, “zabitəli şəxsin oğlu” kimi qələmə verirlər. Maraqlıdır ki, hər kəs insidentdən yazır, amma unudurlar ki, belə vəziyyətdə dava edənlərdən biri, yaxud hər ikisi zərərçəkmiş ola bilər.
Belə çıxır ki, əgər indsident zamanı Fərhad deyil, Anar xəsarət almış olsaydı, eyni ittihamlar, analoji təhqirlər onun və qohumlarının ünvanına səsləndiriləcəkdi. Avtodayanacaqdakı dava ilə bağlı işin istintaqı hələ bitməyib. Kimin günahkar, kimin günahsız olduğunu isə hüquq-mühafizə orqanları araşdırır. Virtualaz.org olaraq, heç vaxt kiminsə tərəfini saxlamaq niyyətimiz olmayıb. Elə bu səbəbdən də A.Mehdiyevin yaxınlarının versiyasını da təqdim edirik. Ola bilsin, bu, hadisənin detallarına aydınlıq gətirəcək. Əlbəttə, istintaq üçün yox, cəmiyyət üçün.
Hazırda dəmir barmaqlıqlar arxasında olan Anar Mehdiyevin atası Yusif Mehdiyev onu da dinləməyi xahiş edir. O, hadisənin təhrif olunmuş formada təqdim edildiyini, yazılanların böyük əksəriyyətinin həqiqətə uyğun olmadığını bildirir:
“Hazırda reanimasiyada olan Fərhadın valideynlərinin düşdüyü vəziyyəti anlayıram. Hadisədən çox təəssüflənirik, Fərhada Allahdan şəfa diləyirik. Amma məni də başa düşün. Mətbuat nümayəndələri ailəmizi amansız bədheybət kimi təqdim edir, hər gün sosial mediada bizi qaralayır, quldur böyütməkdə ittiham edirlər. Bəli, dava olub. Amma bu davanı təkcə mənim oğlumun ayağına yazmaq düzgün deyil. İstəyirik ədalət üzə çıxsın, həqiqətə aydınlıq gətirilsin. Məqalələrdən birində yazırlar ki, məmur oğlu öz rəqibinin başına ağır xəsarət yetirib. Hadisənin səbəbkarı Anar olmayıb. O, maşında oturub, Fərhad ona “anlaşmağı” təklif edib. Bütün bunlar hamısı yeraaltı qarajda qurulmuş videogörüntülərdə öz əksini tapıb. Videodan görünür ki, Fərhad Anarı kimin haqlı olduğunu sübut etmək məqsədilə bir kənara çəkməyə çalışır. Sonra əlini havaya qaldırır. Anar onun hücumundan ehtiyatlanaraq çənəsinin altından vurur. Fərhad yıxılır, Anar öz maşınına qayıdır. Anar bir qədər sonra Fərhadın qarajdan çıxmadığını görüb narahat olub. Geri qayıtdıqda onu huşsuz vəziyyətdə tapıb. Qonşuların köməkliyi ilə Fərhadı xəstəxanaya aparıblar. Kamera görüntülərindən də aydın görünür ki, Anarın əlində heç bir alət olmayıb. O, Fərhadın çənəsinə zərbə vurub. Fərhad baş hissəsindən xəsarəti yerə yıxılarkən alıb. Mənim oğulumun onu öldürmək, yaxud şikəst etmək niyyəti olmayıb. Avtodayanacaqda yer üstə onların arasında əvvəl həqiqətən də münaqişə olub. Bu, məişət xarakteri daşıyıb. Ortada elə bir ciddi inciklik olmayıb. Anar heç vaxt Fərhadın ünvanına nəsə təhdidedici ifadələr səsləndirməyib. Bunu hər kəs təsdiq edə bilər. O davada mənim oğlum da eyni cür xəsarət ala bilərdi. Amma başqa cür oldu… Hər şey hələ 2014-cü ildə – Fərhad Ağayev bizim maşınlarımızın qaraja girişinin qabağını kəsməyi adi hala çevirməsi ilə başlandı.
Yeri gəlmişkən, bütün KİV onu qabardır ki, bizdə “bütöv avtomobil qarajı” var, amma o faktı unudurlar ki, Fərhadın da “Leksus”u var və onun yaxınları da ictimai nəqliyyatda getmirlər. Biz bir neçə dəfə ona irad bildirdik, amma o, reaksiya vermədi, buna görə də ərizələrlə binanın komendantına, Bakı Şəhər İcra Hakimiyyətinə və başqa instansiyalara müraciət etmək məcburiyyətində qaldıq. Ancaq bu da nəticə vermədi və o bizim avtodayanacağa girişimizi əvvəlki kimi, müxtəlif vasitələrlə çətinləşdirməkdə davam etdi… Anar hərbi xidmətdə olub, hüquq təhsili var, heç vaxt kriminal hadisələrə meylli adam olmayıb.
Mətbuatda yazırlar ki, guya Anarın atası məmurdu. Mən heç vaxt böyük vəzəfədə olmamışam. On ildir ki, pensiyadayam. Dəfələrlə Fərhadın yaxınlarına onun müalicəsinin xərclərini ödəməyi təklif etmişik. Əvvəlcə imtina edirdilər, hətta sosial şəbəkə vasitəsilə tibbi xidmətlərin ödənişinə vəsait yığımı elan etmişdilər. İndi, nəhayət, bizim köməyimizi qəbul ediblər. Onu da demək istəyirəm ki, qonşular və tanışlar Anarı sakit və təmkinli insan kimi tanıyırlar. Hadisə tam məişət zəminində baş verib. Heç bir qəddar niyyət, xüsusən də heç kimdə hər hansı silah olmayıb. Faktiki olaraq, Fərhad ehtiyatsızlıqdan kəllə-beyin travması alıb. Bu, əlbəttə, mənim oğluma haqq qazandıra bilməz, hansı ki, hər nə də olsa davaya girişib və zərbə vurub, amma insidentin səbəbkar o deyil və hər şey təsadüfən, düşünülmədən o cür alınıb. Yəni təqdir etməsəm də, hansısa bir anda öz emosiyalarının təsiri altında addım atmaq, münasibətləri yumruqla ayırd etmək cavanlara xas olan xüsusiyyətdir… “.

Related Articles

+994 50 295 94 79
top