POLİSİN ”RANGE ROVER”LƏ TÖRƏTDİYİ QƏZADA ÖLƏN ORXAN – KÖRPƏ BALASI ATASIZ QALDI – FOTO – YENİLİK.AZ

POLİSİN ”RANGE ROVER”LƏ TÖRƏTDİYİ QƏZADA ÖLƏN ORXAN – KÖRPƏ BALASI ATASIZ QALDI – FOTO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Bakıda polisin idarə etdiyi ”Range Rover” marakalı avtomobil ağır qəza törədib. Criminal.az xəbər verir ki, polis serjantı Xəyal Məmmədovun idarə etdiyi ”Range Rover” yüksək sürətlə Rahid MMəmmədovun idarə etdiyi ”Ford” markalı avtombillə toqquşub.
Qəza zamanı ”Ford”un sürücüsü R.Məmmədov və sərnişini Orxan Orucov hadisə yerində dünyasını dəyişib. Polis isə avtomobilinin nömrəsləri çıxararaq hadisə yerindən qaçıb.
Criminal.az saytı mərhum O.Orucovla bağlı bəzi məlumatlar əldə edib. Bildirilir ki, O.Orucovun körpə balası atasız qalıb.
Xatırladaq ki, rəsmi məlumatda X.Məmmədovun adı çəkilir, hadisə şahidləri, mərhumların yaxınları arasında isə qəza zamanı sükan arxasında Davud adlı polis zabitinin olduğu, həmin şəxsin isə rəis heyətinə daxil olması barədə məlumatlar var. Hətta iddia olunur ki, həmin Davud adlı şəxs Binəqədi rayon Polis İdarəsində dindirilib, izahat alınarkən mərhumların yaxınları da orada olublar. Bu iddiaları araşdırmaq istintaqın işidir. Çox maraqlıdır ki, Baş Dövlət Yol Polis İdarəsi iki gün ərzində susuqunluqdan sonra belə bir rəsmi məlumat ortaya çıxdı. Hadisə baş verən andan dərhal sonra ”Range Rover”in sürücüsünün yol polisi olması Criminal.az-a məlum idi. Həmin polisin başı yaralı halda yanan avtomobildən dövlət nömrə nişanını çıxaraq hadisə yerinə qaçması biabırçı haldır. Əslində polis əməkdaşı belə addımı peşəsinə sığışdırmamalı, hadisə yerində can verən iki ailə başçısını qoyub qaçmamalı idi. Qəzada ölən iki şəxsin azyaşlı övladları var.

Related Articles