”RANGE ROVER”LƏ QƏZANI POLİS RƏİSİ TÖRƏDİR, SERJANT HƏBS OLUNUR – YENİLİK.AZ

”RANGE ROVER”LƏ QƏZANI POLİS RƏİSİ TÖRƏDİR, SERJANT HƏBS OLUNUR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
İyunun 12-də Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan şəxs tutulub. İyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.
Şahidlər bildirib ki, hadisədən sonra “Rang Rover”in başından xəsarət alan sürücüsü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o artıq həbs olunub:
“Doğrudan da ağır hadisədir. Təssüflər olsun ki, nəticədə iki vətəndaşımız dünyasını dəyişib. Polisin əməliyyat-istintaq qrupu hadisə yerinə çatanda “Range Rover” markalı avtomobilin sürücüsü artıq oranı tərk etmişdi. Bütün bunlara baxmayaraq, DİN rəhbərliyinin birbaşa nəzarətə götürdüyü bu hadisə ilə bağlı operativ olaraq peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurla nəticələnib.
Məlum oldu ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib. Hadisə ilə bağlı Binəqədi RPİ-də qaldırılmış cinayət işi bundan sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib”.
Rəsmi məlumatda X.Məmmədovun adı çəkilir, hadisə şahidləri, mərhumların yaxınları arasında isə qəza zamanı sükan arxasında Davud adlı polis zabitinin olduğu, həmin şəxsin isə rəis heyətinə daxil olması barədə məlumatlar var. Hətta iddia olunur ki, həmin Davud adlı şəxs Binəqədi rayon Polis İdarəsində dindirilib, izahat alınarkən mərhumların yaxınları da orada olublar.
Bu iddiaları araşdırmaq istintaqın işidir. Çox maraqlıdır ki, Baş Dövlət Yol Polis İdarəsi iki gün ərzində susuqunluqdan sonra belə bir rəsmi məlumat ortaya çıxdı. Hadisə baş verən andan dərhal sonra ”Range Rover”in sürücüsünün yol polisi olması Criminal.az-a məlum idi. Həmin polisin başı yaralı halda yanan avtomobildən dövlət nömrə nişanını çıxaraq hadisə yerinə qaçması biabırçı haldır. Əslində polis əməkdaşı belə addımı peşəsinə sığışdırmamalı, hadisə yerində can verən iki ailə başçısını qoyub qaçmamalı idi. Qəzada ölən iki şəxsin azyaşlı övladları var. Üç uşaq dəşhətli qəzadan sonra atasız qalıb.
Krminal.az

Related Articles

+994 50 295 94 79
top