UŞAQLARI DÖYƏN TƏRBİYƏÇİ HƏBS EDİLDİ, MÜDİR BARƏSİNDƏ CİNAYƏT İŞİ AÇILDI – YENİLİK.AZ

UŞAQLARI DÖYƏN TƏRBİYƏÇİ HƏBS EDİLDİ, MÜDİR BARƏSİNDƏ CİNAYƏT İŞİ AÇILDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Bakıda “Kids Studio Uşaq Mərkəzi”ndə baş vermiş qanunsuzluqla bağlı artıq hüquq-mühafizə orqanları qanuni tədbirlər görməyə başlayıblar.
“Ölkə.Az”ın xəbərinə görə, 2 gün öncə uşaqlara qarşı kobud davranan Firuzə Tağıyeva adlı tərbiyəçi Yasamal RPİ-i tərəfindən şübhəli şəxs qismində saxlanılıb, bu gün isə artıq onun barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bağçanın müdiri Nigar Müseyibova barəsində isə cinayət məcəlləsinin 314.1 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, adı çəkilən bağçada uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının əks olunduğu videogörüntülərlə bağlı Firuzə Tağıyevaya qarşı Yasamal RPİ-də cinayət məcəlləsinin 133.2.1 (Əzab vermə; iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Xatırladaq ki, bağça artıq fəaliyyət göstərmir. “Bu gün bağçaya uşaq gəlməyib. Fəaliyyətimizi dayandırmışıq. Valideynlərə də məlumat verilib. Hazırda bağçada yalnız işçilər var. Sənədləşmə işləri aparılır. Videoda olan müəllimə artıq işdən çıxarılıb”, – deyə bağçadan bildirilib.

Related Articles