BU İCRA BAŞÇILARI İŞDƏN ÇIXARILACAQ – XƏBƏRDARLIQ EDİLDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı rayonlarının icra başçılarının iştirakı ilə müşavirə keçrilib.

İclasda icra başçılarına yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması və sair məsələlərlə bağlı konkret tapşırıqlar verilib.

Bakının bir neçə rayon icra başçılarının işində nöqsanlar olduğu diqqətə çatdırılıb. İnsanlar tərəfindən narazılıqların olduğuna görə yaxın zamanlarda həmin icra başçıların işdən azad olunacağı xəbərdarlığı edilib.

Şikayətlər əsasən Suraxanı, Sabunçu, Xətai, Qaradağ rayonlarında olan narazılıqlarla bağlıdır. Bununla belə paytaxtın digər rayonlarının icra başçılarına da xəbərdarlıq edilib.

Gözlənilən odur ki, təmsil etdiyi bölgədə vəzifələrindən sui-istifadə edən, sakinlərin problemləri ilə maraqlanamayan icra başçıları tutduqları vəzifədən azad ediləcək/Modern.az

Related Articles

+994 50 295 94 79
top