”BU BÖHTANLAR MƏNƏ YAPIŞMAZ”-MƏNSİMOVDAN AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 18
    Shares

Bu gün bəzi internet resurslarında jurnalist Eynulla Fətullayevin Türkiyədə yaşayan azərbaycan əsilli məşhur iş adamı Mübariz Mənsimovu separatçılıqda ittiham edən məqaləsi yayılıb.

Azərbaycanlı iş adamı özünün sosial şəbəkədəki hesabında sərt reaksiya verib. Mübariz Mənsimovun qeydlərini təqdim edirik:

“Mövzuları bitdi, indi çamur atmaq üçün ən ucuz, ən düşük üsula əl atırlar. Ey ucuz adamlar! Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də Mübariz Mənsimovun bir Azərbaycan sevdalısı olmasını danmaq ancaq sizin kimi gerizəkalı insanların yanaşması ola bilər.

Biz bu günə qədər 20 minə yaxın tələbini oxudub, minlərlə insanın Türkiyə və başqa Avropa ölkələrində sağlamlığı üçün öz köməyimizi göstərmişik. Bunları edərkən, insanların milli kimliyini soruşmamışıq. Mən nə hansısa etnik maraqları təbliğ edən KİV-i, nə orada danışanları tanımıram. Mübariz Mənsimov olaraq, mənim üçün tək bir Azərbaycan dövləti və xalqı var.

Bizi separatçılıqda ittiham etməyə çalışan bu adamlar görünür, “Palmali Group”a məxsus gəmilərdə şəhidlərimizin, milli qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin adını daşıdığını görməzdən gəlib.

6 ildir ki, “Palmali Group”un iflas etdiyini yazdıranlar və yazanların da bu arzusu da gözündə qalıb.

Mən hər zaman özümü bu dövlətin əsgəri hesab etmi.əm. Bu cür qərəz və böhtan kampaniyalarına baxmayaraq, Vətənimi, onun insanlarını sevməyə davam edəcəm”.

TİA.AZ

Related Articles

+994 50 295 94 79
top