HAKİMİYYƏTƏ YAXIN TƏŞKİLATIN RƏHBƏRİ HƏBS EDİLDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 40
    Shares
Korrupsiyaya qarşı Mübarizə Fondunun təsisçisi Vasif Mövsümov həbs olnub. O, yaşadığı evin blokunda vəkilinin yanında saxlanılıb. Məlumatı Azerbaycanrealligi.com yayıb.
Criminal.az saytının əməkdaşı xəbəri dəqiqləşdirmək üçün V.Mövsümovun mobil telefonana zəng edib. Telefona Fond təsisçisi yox, xanım cavab verib. Bildirib ki, V.Mövsümov hazırda rahatsızdı, bir müddətdən sonra özü cavab verəcək. Lakin əldə etdiyimiz məlumata görə, V.Mövsümov iyunun 1-də saxlanılıb.
Vasif Mövsümov AR CM-in 178.2.2-ci (dələduzluq; təkrara törədildikdə) maddəsi ilə təqsirləndirilir. Hazırda Binəqədi rayon məhkəməsində Mövsümov Vasif Seyidəli oğlunun məhkəmə prosesinə hakim Rəşad Əliyev sədrlik edir. Cinayət işində Mustafayev Səxavət Nurəhməd oğlu, İbrahimova Sədaqət Ədil qızı və Həsənova M.K. qızı zərərçəkmiş qismində tanınıb.
İtiiham aktına görə, Vasif Mövsümov Səxavət Müstafayevlə uzun illər eyni təşkilatda – Korrupsiyaya qarşı Mübarizə Fondunda birgə çalışıblar. 2016-cı ilin yay aylarında Səxavət Mustafayevin qızı Rusiyada ali məktəbi bitirərək Azərbaycana gəlib və işə düzəlmək istəyib. Ancaq Azərbaycanın Təhsil nazirliyi həmin universitetin diplomunu tanımadığı üçün zərərçəkənin qızı nostrifikasiya ilə bağlı nazirliyə müraciət edib. Təhsil Nazirliyi isə rədd cavabı verdikdən sonra Vasif Mövsümov dostunun qızının diplomunu tanıtdırmağa söz verib və 3000 manat pul istəyib. S.Mustafayev isə 2000 manata razılaşıb və sentyabr ayında 1000 ABŞ dolları sənədlərlə birgə Vasif Mövsümova verib. Ancaq nə diplom tanınıb, nə də pul geri qaytarılıb.
Belə ki, digər zərərçəkən Həsənova M.K. qızı isə məktəbə müəllim düzəlməsi üçün Vasif Mövsümova pul verib. Sədaqət İbrahimova isə nəvəsini kollecə düzəltmək adı ilə QHT sədrinə pul verib.
Xatırladaq ki, Vasif Mövsümov barəsində Bakının bir neçə rayon məhkəməsində məhkəmə prosesi gedir. Belə ki, Nəsimi Rayon Məhkəməsində də analoji cinayət faktı ilə bağlı məhkəmə prosesi olub və cərimə cəzasına məhkum edilib.Hazırda Səbail Rayon Məhkəməsində də Vasif Mövsümov barəsində dələduzluq maddəsi ilə bağlı məhkəmə prosesi davam edir. Növbəti məhkəmə prosesi iyun ayının 5-nə təyin edilib.
Cinayət işində təqsirləndirilən şəxs qismində tanınan Vasif Mövsümov onun barəsində məhkəmə prosesinin başlamasını təsdiqlədi və zərərçəkənlərin ona şər atdığını, heç birini tanımadığını bildirdi: “Səxavət Mustafayev isə istintaqa yalançı şahidlərlə gəlib, mənə pul verməyib. Qadınları isə ümumiyyətlə tanımıram. Səbail rayonunda olan işlə bağlı isə deyə bilərəm ki, bunlar hamısı bir mənbədən idarə olunur. Bir qadın mənə 65 min manat pul atmışdı, ondan pullarımı tələb elədim hər şey bundan sonra başladı”.
Qeyd edək ki, Mövsümov Vasif Seyidəli oğlu 2010-cu ildə Salyan seçki dairəsindən bitərəf kimi deputatlığa namizəd olub.
Məlumat üçün bildirək ki, Korrupsiyaya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilib və Vasif Mövsümov bu fondun icraçı direktoru olub. 2015-ci ildən Fondun təsisçisidir.
Korrupsiyaya qarşı Mübarizə Fondu Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının Üzvüdür. Bu Platforma isə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının dəstəyi ilə yaradılıb. QHT Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılıb. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoyub. Həmçinin Vasif Mövsümov daim media orqanlarında korrupsiyaya qarşı mübarizə ilə bağlı ekspert kimi də çıxış edib.
V.Mövsümovun təşkilatı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bir qolu olub. AVCİYA-nın prezidenti isə deputat Elxan Süleymanovdur. AVCİYA-nı uzun müddət fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən maliyələşdirilməsi ilə bağlı mətbuatda yazılar dərc olunub.
E.Süleymanovun nazirlə yaxınlığı Nizami kino mərkəzinin rəhbəri olan vaxtdan başlayır.
Kriminal.az

Related Articles

+994 50 295 94 79
top