GÖZƏTÇİNİ DÖYƏN İCRA BAŞÇISI AĞDAMA GEDİR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Son günlər adı gözətçini döyməkdə hallandırılan Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev yeni vəzifəyə ümidlidir. Criminal.az saytına məlumat verən mənbə bildirir ki, artıq rayonda nüfuzunu itirdiyi deyilən başçı hazırda boş qalmış Ağdam rayon İcra Hakimiyyətinim başçısı olmaq niyyətindədir.
O, bir nüçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə azad edilmiş Ağdam rayon icra başçısı Raqub Məmmədovun yerinə təyinat alacağına ümidlidir.
Mənbə bildirir ki, ölkə başçısı tərəfindən keçirilən müşavirədə prezident İlham Əliyev V.Abdullayevə böyük iradlar bildirib.
Xatırladaq ki, V.Abdullayev 2012-ci ildən Beyləqan rayonunun icra başçısıdır. Ondan əvvəl isə Xızı rayonunun icra başçısı olub. Mediada adı dəfələrlə hallanan icra başçısı ilə bağlı ən səs-küylü xəbər bu ilin aprelində stadion tikintisindəki gözətçini döyməsi oldu. Rahil Əliyev Criminal.az saytına müsahibəsində bildirdi ki, V.Abdullayev sərxoş vəziyyətdə gözətçi olduğu yerə gələrək onu möhkəm döyüb, sonra isə rayonun polis rəisinə onu həbs etməsini əmr edib.

Related Articles

+994 50 295 94 79
top