Şükür Astanov qudasını Ramil Usubovun qəzəbindən qoruya biləcəkmi? – YENİLİK.AZ

Şükür Astanov qudasını Ramil Usubovun qəzəbindən qoruya biləcəkmi?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Vətəninfo.aza İmişlidən daxil olan məlumatda bildirilir ki, İmişli rayon polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Ayaz Cəfərovun işindən azad olunmasından sonra, RPİ-nin tədqiqatşöbəsinin rəisi polis mayoru Rəhim Həsənov da işdən azad edilib.Məlumata görə, hal-hazırda RPİ-də isə növbə müavinlərə çatıb.Belə ki ,adı qalmaqallarda hallanan rəis müavini bir neçə gün bundan qabaq töhmət almış polkovnik-leytenant Habil Ağayev səksəkədədir.İmişli səhər İnzibati Ərazi üzrə nümayəndə Məmi Atakişiyevə məxsus 100-ha torpaq sahəsini qeyri-qanuni yolla mənimsəyərək öz oğlunun adına sənədləşdirən Habil Ağayevin qudası “Azərovtoyol” ASC-nin 6-saylı regional idarəsinin rəisi Şükür Astanov isə qudasından şikayətçi olanlara minnətçi düşərək şikayətlərini geri götirməyi xahiş edir.Bu işə isə Astanov özünə yaxın olan idarə müdirləri və ən çox da rayonda tanınmış seyidləri cəlb etdiyi daxil olanm əlumatda qeyd edilir.

Daxil olan məlumata görə, Daxili İşlər naziri Ramil Usubov cənabları İmişli RPİ-nin vəzifəsindən azd edilən rəisi polis polkovnik-leytenantı Ayaz Cəfərovun qəbul edib və ondan rayonda baş verən hadisələrlə bağlı ətraflı məlumat tələb edib.Yəni sabiq rəis RPİ-nin rəis müavini Şükür Astanovun qudası polkovnik-leytenant Habil Ağayev hası hoqqabazlıqlar etdiyi ilə bağlı geniş məlumat verib.Belə olduqda isə Astanov qudası ilə bağlı olunan şikayətlərin qarşısını almaq və olunan şikayətlərin geri alınması üçün bütün vasitələrdən istifadə etməyə başlayıb.Bu isə onun qudası Habil Ağayevi DİN-nin qəzəbindən qorumağa kömək edəcək ya-yox bunu zaman göstərəcək.

Related Articles