AZƏRBAYCANDA DƏHŞƏTLİ QƏZA – DEPUTATIN BACISI OĞLU ÖLDÜ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 4
    Shares
Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.
Yenilik.az-ın APA-ya istinadən məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. “Tofaş” markalı “10 CC 011″ dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.
Nəticədə sürücü – Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
“AzPolitika.info”ya daxil olan məlumata görə, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.

Related Articles

+994 50 295 94 79
top