BAKIYA YENİDƏN ƏRƏB AXINI BAŞLADI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Son bir ayda ölkəmizə gələn turistlərin sayında azalma müşahidə olunurdu. Lakin gözlənildiyi kimi Ramazan bayramı və tətil günlərində Bakıya yenidən turist axını başlayıb. İrandan, Rusiyadan, Çindən ölkəmizə çoxlu sayda turistlər gəlib. Lakin onların arasında ərəblər çoxluq təşkil edir. Bakının mərkəzi küçələrində, iaşə obyektlərində hər addımbaşı müxtəlif ərəb ölkələrindən gələn turistlərlə rastlaşırıq.

Ekspertlər də qeyd edir ki, Ramazan tətilindən başlayaraq, iyununun 20-nə qədər Bakı şəhərindəki bütün otellər əvvəlcədən rezerv edilib, boş yerlər, demək olar ki, yoxdur. Gələn turistlər istirahət üçün təkcə paytaxt Bakıya deyil, regionlara, o cümlədən Qəbələ, Quba, Oğuz bölgəsinə də üz tutur.

Related Articles

+994 50 295 94 79
top