BİR İL ƏVVƏL PREZİDENTLƏ GÖRÜŞƏN ZAVOD DİREKTORU TUTULDU – PAMBIQ HƏBSLƏRİ BAŞLADI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 39
    Shares
Son 20 gündə ölkənin iki ən böyük aqrar rayonunda pambıqçılar bir-birinin ardınca zəhərlənirlər; bu sıradan bir təsadüfi hadisədir yoxsa ortada olan mübhəm qəsdin nəticəsidir? Pambıqla baş kəsənlər kimlərdir?

İmişli rayonunda pambıq tarlasında işləyən onlarla fəhlə bu gün səhər saatlarında zəhərlənib. Onlar İmişli Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bundan əvvəl Saatlı rayonunda onlarla qadın pambıq tarlasında işləyərkən alaq otlarına qarşı tətbiq edilmiş zəhərli kimyəvi pereparatın təsirinə məruz qalıb. Onların bir qismi hələ də xəstəxanadadır. Faktla bağlı cinayət işi qaldırılıb, prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürüb. Daha sonra Tərtər rayonuda pambıqçılıların kütləvi zəhərlənməsi baş verib. Dünən isə Yevlax rayonunda pambıqçıların kütləvi zəhərlənməsi baş verib. Onlarla insan xəstəxanaya yerləşdirlib.

Camal Quliyev
Zəhərlənmə hadisəsindən sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb. “Qafqazinfo” yazdığına görə, C. Quliyev İmişli rayonunda pambıq tarlasında işləyən 50-yə yaxın fəhlənin zəhərlənməsi faktına görə işdən çıxarılıb.

Criminal.az saytına daxil olan məlumata görə, Camal Quliyev artıq zəhərlənmə hadisələrinə görə istintaqa cəlb edilib. Bundan başqa pambıq tarlalarındakı zəhərlənməhadisəsinə görə həbslər də başlayıb. Onlar arasında zavod direktoru Çingiz Gözəlov da var. Criminal.az saytının əldə etdiyi məlumata görə, Ç.Gözəlov İmişlidəki zəhərlənmədən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə gətirilib. O, hazırda Nərimanov rayon Polis İdarəsinin Müvəqəti Saxlama Təcridxanasında saxlanılır

Çingiz Gözəlov və prezident İlham Əliyev
Ç.Gözəlov ötən ilin mart ayında prezident İlham Əliyevin Saatlı rayonuna səfəri zamanı görüşmüş, görüləcək işlər barəsində ölkə başçısına söz vermiş, 1500 fermerlə müqavilə bağladığını bildirmişdi.
Əldə etdiyimiz məlumata görə, zəhərlənmə hadisəsi ilə bağlı daha bir neçə nəfər saxlanılıb. Onların adlarını dəqiqləşdirməyə çalışırıq.

Related Articles

+994 50 295 94 79
top