1.2 MİLYON İNSAN SĞORTA İLƏ PENSİYA ALA BİLMƏYƏCƏK– KOMİTƏ SƏDRİNDƏN AÇIQLAMA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Bu gün sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır.

“Əmək və əhalinin sosial müdafiəsi naziri burada qeyd etdi ki, Azərbaycanda 1.2 milyon qeyri-formal məşğul insan var. Bu o deməkdir 1.2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək. Nəyə görə sahibkarlar gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur. 22 faiz işəgötürən ödəyir, 3 faiz işçi ödəyir.

Bizim fikrimiz belə oldu, dedik burada bir düzəliş edək, balanslaşdıraq ki, işəgötürənin yükünü azaldaq, Biz burada bir balanslaşma aparmalıyıq ki, sahibkar işçiləri sığortaya cəlb etsin, əks tədqirdə sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcək”.

Related Articles

+994 50 295 94 79
top