İCRA BAŞÇISINDAN MƏTBUATA VƏ MƏMURLARA MESAJ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 1
    Share
“İşində nöqsanı olan şəxslərlə yollarımızı ayırmalı olacağıq”.
Bu sözləri prezidentin 6 iyun 2018-ci il tarixli sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Elxan Allahverdiyev Modern.az saytına verdiyi geniş müsahibəsində bildirib.
İcra başçısı deyib ki, istənilən zaman rayonun idarəetmə strukturlarında dəyişiklik gözləniləndir:
“İşimizdə əsas prinsip vətəndaş məmnunluğudur. Bu prinsiplə işləyən, dövlətimizə, xalqımıza xidmət edən kadrlar işlərinə davam edəcək. İşində nöqsanı olan şəxslərlə isə təbii ki, yollarımızı ayırmalı olacağıq”.
E.Allahverdiyev bildirib ki, fəaliyyəti müddətində media ilə daha açıq işləyəcək: “KİV-lərlə iş bizim fəaliyyətimizin vacib hissələrindən biri olacaq. Biz mətbuatla əməkdaşlıq etməyə həmişə hazırıq. Öz növbəmizdə də ümid edirik ki, mətbuat nümayəndələri də ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq həyata keçirdiyimiz işləri insanlara çatdırmaqda bizə dəstək olacaqlar”.

Related Articles

+994 50 295 94 79
top