“KRİTI ARAZ”IN DƏSTƏ ÜZVÜNƏ GÖRƏ KONVOY RƏİSİ ”VURULDU’

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Kriminal aləmdə “Kritı Araz” kimi tanınan Araz Fərəcovun dəstə üzvünün əməlinə görə konvoy rəisi cəzalandırılıb. Criminal.az saytına daxil olan məlumata görə, hazırda Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan dəstə üzvlərindən birinin gizli əməli onlara nəzarət edən konvoy rəisinin başında çatlayıb.
”Kriti Araz”ın dəstə üzvlərindən birindən istintaq təcridxanasında mobil telefon aşkarlanıb. Məlum olub ki, həmin telefon ona Ağır Cinayətlər Məhkəməsində görüş zamanı ötürülüb. O, isə telefonu yoğun bağırsağında gizlədərək təcridxanaya gətirib.
Buna görə də Penitensiar Xidmətin Ağır Cinayətlər Məhkəməsi üzrə konvoy rəisi Seymur Sayrıyev vəzifəsindən uzaqlaşdırılıb.
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Criminal.az saytına bildirdi ki, belə bir hadisədən xəbərsizdir. Xidmət rəsmisinin sözlərinə görə, bu və ya digər hadisə baş verəndə dərhal kimsə işdən çıxarılmır. Araşdırma aparılır və xidməti təhqiqat aparılır.
Xatırladaq ki, “Kritı Araz”la birlikdə dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Elşən Əliyev və Xəyyam Qurbanlı mühakimə olunur. Prokuror Araz Fərəcovun 10 il 7 ay, Vüqar Musayev , Elşən Əliyev və Renad Zahirovun 10 il, Namiq Babayevin 7 il, Elməddin Şahbazovun digər cəzasının bu cəza ilə birləşdirmməkə 18 il, Xəyyam Qurbanlının isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İtthama görə, 8 saylı Cəzaçəkmə Məntəqəsində cəza çəkən Araz Fərəcov mütəşəkkil dəstəyə rəhbərlik edib. Dəstə üzvləri oğurluq, quldurluq və s. cinayətlərdə ittiham ediliblər. Dəstə üzvləri – Vüqar Musayev, Renad Zahirov və Namiq Babayev ötən il aprelin 14-də DTX-nin əməliyyatı zamanı saxlanılıb. İstintaqla müəyyən edilib ki Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəəssisənin cəza çəkərkən 2016-ci ilin dekabrın ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri mütəşəkkil dəstə təşkil ediblər. Dəstə üzvləri Bakıda bə bölgələrdə yayayış yerlərinə talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər.Bütün bunları Araz Fərəcov kordinasiya edib. İttihama görə, Araz Fərəcovdan başqa Elməddin Şahbazov da həbsxanada ola ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri içəridən kordinasiyya edib.

Related Articles

+994 50 295 94 79
top