“MƏNİMLƏ NƏ İŞİNİZ VAR?” – AYDIN XIRDALANLI -VİDEO – YENİLİK.AZ

“MƏNİMLƏ NƏ İŞİNİZ VAR?” – AYDIN XIRDALANLI -VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Uzun müddətdir ki, efirlərdən uzaq gəzən meyxanaçı Aydın Xırdalanlı “Səhər-səhər” proqramına müsahibə verib.
AZXEBER.COM xəbər verir ki, ifaçı sosial şəbəkədə və mediada tanınmaz hala düşməsi barədə yazanlara etiraz edib:
“Belə xəbərləri görəndə həmişə gülürəm, amma birdən adam elə əsəbləşir ki… Keçən il Orxan Lökbatanlı ilə şəkil çəkdirmişdim, onu qoydular. Dedim eybi yox, güldüm keçdim. Bir dəfə də çəkdilər, yenə güldüm keçdim. Ondan əvvəl də arıqlamışdım, yazmadılar. Kökəldim, hətta bağışlayın məni, toyda nə otura, nə də nəfəs ala bilmirdim, sıxılırdım. İndi şükür Allaha ki, rahat nəfəs ala bilirəm.
İşlərinin xatirinə, səs-soraq yaymaq üçün, o günü boş-bekar qalmamaq üçün belə yyazırlar. Görək, sabah kim kökələcək? Qoy oturmuşuq da, mənimlə nə işiniz var? Çəkim 67 – 77 kiloqram arası olub.. Dişlərim xarab oldu, mən də o damağı taxa bilmədiyim üçün, açığı yemək yeyə bilmirəm. Diş əkdirməyi düşünürəm. Xahiş edirəm, çox dərinə getməyin. Mən gündəlik şəxsi həyatımda nə edirəm, nə etmirəm. Uzatmayın… Bu mənim şəxsi həyatımdır”.

 

 

Related Articles