“SABİQ NAZİR TÜRKİYƏDƏ DEYİL, O, ABŞ-A APARILIB”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
“Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu”.
Bu sözləri Modern.az-a uzun müddət F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalının həkimi Süleyman Dinçer söyləyib.
O, Fazil Məmmədovun hazırda Amerikada olduğunu və orada müalicə aldığını bildirib.
Qeyd edək ki, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı uzun müddət Gəncədə klinikalardan birində müalicə alırmış. Bu gün isə bəzi KİV-lərdə sabiq nazirin səhhətinin ağırlaşdığı və təcili Türkiyəyə aparıldığına dair məlumatlar yayılıb.

Related Articles

+994 50 295 94 79
top