“BAKU MEDİCAL PLAZA”DAN UŞAQ ÖLÜMÜNÜ İCTİMAİLƏŞDİRƏN JURNALİSTƏ — QEYRİ-ADİ TƏZYİQ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 4
    Shares

“Baku Medical Plaza”da beş aylıq uşağın ölümünü ictimailəşdirən jurnalist Fəxriyyə Eyyubzadəyə təzyiq edilir.
Bu barədə “Ölkə.Az”a F.Eyyubzadə özü məlumat verib. Onun sözlərinə görə, dünəndən bir neçə dəfə klinika nümayəndələri ona zəng vuraraq, yazını saytdan çıxarmağı tələb edirlər: “Bildirdim ki, məhkəməyə müraciət etmək sizin haqqınızdır. Amma yenə də bir neçə dəfə zəng etdilər. Mən həmin görüntünü təsadüfən çəkmişəm. Bu klinikaya analiz vermişdim və 194 manat ödəmişdim. İndi analizlərin cavabını da ala bilmirəm. Deyirlər ki, yazını çıxarmadığına görə cavabları ala bilməyəcəksən. Halbuki 194 manat ödəmişəm”.
Qeyd edək ki, “Baku Medical Plaza” ölən beş aylıq uşağın nənəsi Sona İsmayıl qızı Mustafayeva bildirib ki, qızdırma səbəbiylə uşağı sözügedən klinikaya gətiriblər. Əvvəlcə 500 manat depozit, ardınca daha 2000 manat ödəyiblər. Daha sonra valideynlərə bildiriblər ki, uşaq komaya düşüb və dünyasını dəyişib: “İndi də bizə deyirlər ki, 10 min manat ödəyin, meyidi sizə təhvil verək”.

Related Articles

+994 50 295 94 79
top